Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Tapdıq Fərhadğlunun şikayətini qəbul edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Turan agentliyi və “Amerikanın səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun (Quliyev) ərizəsini baxılmaq üçün qəbul edib. Jurnalistin maraqlarını müdafiə edən hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, şikayət ondan ibarətdir ki, BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı jurnalistə hücum faktı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb. Hücum nəticəsində jurnalist ciddi xəsarət alıb və iş qabiliyyətini qismən itirib.
2014-cü il fevralın 20-də T.Fərhadoğlu tələbələrin etiraz aksiyasını çəkərkən BDU mühafizə xidmətinin rəisi Mahir Xocatov jurnalisti bir neçə dəfə kürəyindən əli ilə vurub və təpikləyib.
Jurnalisin həmkarları bu faktı lentə alıblar. Faktiki olaraq, CM-in 163-cü maddəsində nəzərdə tutulan (jurnalistin qanuni fəaliyyətinə əngəl törətmək) cinayət törədilib.
Video və digər sübutların olmasına baxmayaraq, Yasamal Rayon Prokurorluğu fakt üzrə cinayət işinə başlamaqdan imtina edib. Jurnalist Yasamal məhkəməsinin müstəntiqinin fəaliyyətsizliyindən şikayət edib, lakin apellyasiya şikayəti də təmin olunmayıb.
FİFA-nın 9 rəsmisi həbs olunub
ABŞ-da aparılan istintaq nəticəsində İsveçrədə korrupsiya ittihamı ilı Beynəlxalq Futbol Federasiyası FİFA-nın saxlanan rəsmilərinin sayı 9-a çatdı.New York Times qəzeti yazır ki, 9 rəsmiyə ittiham irəli sürülüb. Reuters isə mayın 27-də Sürixdə 6 rəsminin saxlandığını bildirir.
New York Times” qəzetinin yazdığına görə həbs olunanlar arasında FİFA -nın 2 vitse-prezidenti də var. Ancaq FİFA prezidenti Blatter yoxdur.
Gömrükdın 1 ton banan keçirən də hansısa mımura bağlıdır
Azadlıq qəzeti: "Heç kimə sirr deyil ki, bu ölkədə hakimiyyətin yuxarı eşelonundan himayə almadan böyük işlər görmək mümkün deyil. Hətta gömrükdən 1 ton banan keçirdən sahibkar da hansısa məmura bağlıdır. Bu baxımdan Miryusif Mahmudovunfəaliyyət dairəsi daha geniş olub və gördüyü işlərin çəkisi milyardlarla ölçülür. Təbii ki, Miryusif Mahmudov bu böyük oyunçuların qurbanı oldu və «zəif bənd» seçildi".
Şəklini çəkib, Facebooka qoya bilir, narkotiki çıxarıb, ata bilmir?
AXCP fəalı Elvin Abdullazadənin məhkəməsində vəkil Əli Mehtiyev:" Anormal vəziyyətdir ki, şahidlərin iddia etdiyi kimi, 8 saat ərzində bu insan cibində narkotik maddə varsa, onu vaxt tapıb harasa kənarlaşdırmasın. Yəni necə ola bilir ki, bu insan şəklini çəkib facebooka qoya bilir, amma narkotik maddəni kənarlaşdıra bilmir”. AzadlıqLive-da