Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:48

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

15:14 27.5.2015

Azərbaycan kapitalı Türkiyəyə axır?

2015-ci ilin yanvar-aprelində Türkiyədə Azərbaycan kapitallı 60 şirkət , o cümlədən 16 səhmdar cəmiyyəti yaradılıb. Bunu Turan informasiya agentliyi Türkiyənin Palatalar və Birjalar Birliyin\ istinadla xəbər verir.

Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5%-dir (4 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərə isə 3 392 min lirə qoyub.

İnvestorlar əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat kimi sahələrə sərmayə qoyur.

15:44 27.5.2015

Dünya birinciliyi finalını Rusiyaya və Qətərə verənlər dindirilir

İsveçrədə 2018-ci və 2022-ci illər futbol üzrə dünya çempionatlarının ev sahibliyini Rusiya və Qətərə verilməsi ilə bağlı təhqiqat başlayıb. “Guardian” qəzeti yazır ki, FİFA-da həmin qərarlar verilən səsvermədə iştirak etmiş 10 nəfər dindirilir.

15:53 27.5.2015

«Elektron hökumət» portalında yeni məsləhət xidməti

Məlumat Hesablama Mərkəzinin məlumatına görə, «Onlayn konsultasiya» (canlı məsləhət) adlanan xidmət vətəndaşların portala müraciəti zamanı yaşana biləcək istənilən sual və problemləri yerindəcə həll etməyə imkan verəcək. «Onlayn konsultasiya» xidməti yalnız iş vaxtı fəaliyyət göstərir.

16:26 27.5.2015

Azadlıq qəzetinə haker hücumları

Azadlıq qəzeti bir neçə gündür ki, kütləvi haker hücumuna məruz qalır. Qəzetdən Turan informasiya agentliyinə deyiblər ki, qəzetin saytına ilk hücum mayın 17-də olub. DDOS hücumlar fasilələrlə Rusiyadan,Almaniyadan və Azərbaycandan olur. Hücumlar müəyyən materiallara aiddir

Davamı

XS
SM
MD
LG