Küçə süpürən kinodramaturq
Ziyalılar Birliyinin rəhbəri, kinodramaturq Eldəniz Quliyev Daxili işlər naziri Ramil Usubovun iddiasına əsasən Nəsimi rayon məhkəməsinin qərarı ilə 1000 manat ödəməli, cəza kimi isə Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsində 480 saat ictimai işdı çalışmalıdır.
Dramaturq artıq bir neçə gündür ki, küçə süpürür. Onun ölkədən çıxışı da qadağan olunub. Bir neçə vacib səfərini təxirə salmalı olub. Əsərlərinin səhnələşdirilməsinə imkan verilməməsindən də danışır- Az sonra AzadlıqLive-da
İlham Əliyev deyəsən, ilk dəfədir ki, qənaətçillikdən danışır
«Neftin qiymətinin aşağı düşməsi də bizə o qədər də böyük problem yaratmadı. Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır.
28 May Respublika Günü
1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan etdi. Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan etdi.
İsa Qəmbər deyir ki, ölənlərin qatili acgözlükdür
«Bu gün İlham Əliyev Azərbaycandakı siyasi məhbusların, həbsdə olan jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinin sayına görə liderlik əldə edib». Bunu Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbər deyib.O, Müsavatın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdiyi tədbirdə çıxış edib.İsa Qəmbər çıxışında ölkədə baş verən son olaylara, xüsusən də Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğına da münasibət bildirib:«Hakimiyyətin acgözlüyü körpələrimizin ölümünə səbəb olur" Onun sözlərinə görə, mayın 19-da baş verən faciədə ölənlərin qatili - hakimiyyətin səhlənkarlığı, acgözlüyüdür."