Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

14:18 28.5.2015

Yanan binaların sakinləri icra hakimiyyətlərini məhkəməyə verirlər

Bakının Xətai və Binəqədi rayonlarında hündürmərtəbəli yaşayış binalarında baş verən yanğınla bağlı bu faciədən zərər çəkmiş insanlar yaxın günlərdə məhkəməyə müraciət edəcək. Bu barədə Modern.az saytına sakinlər özləri məlumat veriblər. Sakinlər onlara dəyən ziyanla bağlı həm yanğın baş verən binaları üzləyən şirkətlərdən, həm də yaşadıqları Binəqədi və Xətai rayon İcra hakimiyyətlərindən təzminat tələb edəcəklər. Saytın yazdığına görə, sakinlər bu məsələ ilə bağlı maddi ziyanın dövlət tərəfindən deyil, bu işdə təqsiri olan və biləvasitə bu işə məsul olan qurumların ödəməsini istəyəcəklərini deyiblər.

15:28 28.5.2015

Vəkil: Adil Hüseynov yuxarıdan göstərişlə şirkət açıb, krediti bu şirkətə götürüb

"- Adil Hüseynov Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə adına bir şirkət açıb və 20 milyon kredit götürüb. Amma həmin pul heç onun öz əlinə çatmayıb. Dubaydakı tekstil zavodunun tikintisinə ayrılıb.

- Bəs, Adil Hüseynovun həmin zavodda payı varmı?

- Yox heç bir faiz də payı yoxdur.

- Onda belə çıxır ki, Adil Hüseynovun adından "proxy" kimi istifadə ediblər?

- Mən deyə bilmərəm. Bir bildiyim odur ki, belə şəxslər çoxdur. Adil Hüseynovu hətta həbs etsələr belə o bu məbləği qaytara bilməyəcək. Həm də A.Hüseynov təkcə öz adına açılan şirkətin götürdüyü 20 milyona görə yox, Dubayda 2 zavodun inşası üçün azı 5 şirkətə verilən 318 milyon manatı mənimsəməkdə ittiham olunur. Hansı ki, nə krediti verən o, olub, nə də alan. Bakıdan vəsait filan hesablara köçürülməsi üçün Dubay Filialına ötürülüb. Adil Hüseynov yalnız mühasibat işlərini görüb. Digər məsələlərdən xəbərsiz olub."

Beynəlxalq Bankın Dubay filialının təmsilçisi, barəsində 3 ay 17 gün həbs qəti imkan tədbiri seçilən Adil Hüseynovun vəkili Kamandar Nəsibovla ətraflı müsahibə AzadlıqLive-da.

16:02 28.5.2015

Məmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına müraciəti

17:29 28.5.2015

480 saat küçə süpürməyə məhkum edilən dramaturq: "mən başa düşürım ki, mənim sındırılmağım başqalarına mesaj olacaq"

-Bir kinodramaturqun küçə süpürməyi sizə bu obraz haqda yazmağa stimul verirmi?

- Təbii ki, yazacağam. Çox ciddi düşünürəm ki, ədalətlə, ləyaqətlə, öz alın təri ilə, bacarığı ilə yaşayan bir insanın diktaturaya meylli avtoritar siyasi sistemdə addım-addım məhv edilməsi haqda yazım. O ki, qaldı mənə bu cəzanı verənlərə, qoy bu məni sifarişlə bu cəzaya məhkum edənlərin vicdanına qalsın. Əvvəla, yaşlı bir adamam. İkincisi, xəstəlik keçirən adamam. Üçüncüsü, günahı olmayan bir qələm əhliyəm, qeyri-təvazökarlıq da olsa, az-çox tanınan adamam. Mən başa düşürəm ki, mənim sındırılmağım başqalarına mesaj olacaq. Mən qətiyyən sınmıram, qürurumu, ləyaqətimi saxlayıram. Çünki hesab edirəm ki, mübarizəyə qoşulan adam dəmirə bənzəyir. Döyüldükcə daha da möhkəmlənməlidir.

Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevlı söhbət AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG