İlham Əliyev qənaətdən danışır, "Heydər Əliyev Fondu" isə Bolqarıstanda muzeyin bərpasına 1,2 milyon avro verir
Azərbaycan prezidenti İlham Əliyev deyir ki, "biz qənaətcil olacağıq", ancaq bir gün sonra "Heydər Əliyev Fondu" Bolqarıstanda "Trapezitsa" mədəni-muzey qoruğunun bərpasına 1 milyon 200 min avro verir. Bolqarıstanın Dnevnik saytı yazır ki, bu barədə müqavilə mayın 27-də imzalanıb. O da maraqlıdır ki, saytda bu məlumata gələn bir sıra bolqar şərhlərində Bolqarıstanın Azərbaycandan pul alması müsbət yox, mənfi qarşılanır.
Ağ Şəhər Bulvarı
Bakıda 3-cü Bulvar açıldı. Sahəsi 33 hektar, uzunluğu 2,7 km olan Ağ Şəhər bulvarı köhnə, neçə illərdir istifadəsiz qalan sənaye zonasının yerində salınıb.
Mayın 28-də Azadlıq Live-da:
Adil Hüseynovun vəkili Kamandar Nəsibov 320 milyon kredit haqda, küçə süpürən dramaturq, Azərbaycanın xarici ticarətində Qərbin və Rusiyanın payı...
Kommunal xərcsiz, daşınan mini evlər
Günümüzdə müxtəlif sahələrdə təbii enerji qaynaqlarından istifadəyə can atılır. İstehsalçılar tükənə bilən enerji qaynaqları yerinə, günəş, külək enerjisi kimi bərpa olunan enerji qaynaqlarına yönəlirlər.
Ötən günlərdə Slovakiyanın «Nice Arhitects» memarlıq şirkətinin təqdim etdiyi «Ecocapsule» adlı mini evlər bu baxımdan diqqət çəkir.
Bu evlərin əsas özəlliyi odur ki, lazım olan bütün enerjini üstündə qurulan günəş panelləri və külək turbinləri verir.
DAHA ƏTRAFLI BURDAN OXUYA BİLƏRSİZ