Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:02

Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi


OCCRP-in araşdırmasından görüntü.
OCCRP-in araşdırmasından görüntü.

.

Miranda Patrucic (OCCRP),
Joachim Dyfvermark (SVT),
Ola Westerberg (TT)

ŞİRKƏT ÖZ MARAQLARININ ZİDDİNƏ PAYINI SATIB

Azərbaycan prezidentinə və onun ailəsinə yaxın şirkət Azercell Telecom-da 1 milyard dollardan çox payı ciblərinə qoyublar, Azərbaycanın vergi ödəyənləri bundan 600 milyon dollar itiriblər.

Öz maraqlarının ziddinə olaraq TeliaSonera bu prosesə yardımçı olub. İsveç-Finlyandiya telekommunikasiya şirkəti olan TeliaSonera Azərbaycan hökumətini razı salmaq üçün öz payından və dividenlərindən imtina edib, əvəzində Azərbaycanda fəaliyyət göstərməyə bütün lisenziyaları alıb.

Bu prosesi araşdıran keçmiş maliyyə müfəttişi həmin sövdləşməni İsveç tarixində ən böyük rüşvət adlandirib.

Mütəşkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsi (OCCRP), İsveç televiziyasının “Uppdrag Granskning” ("Araşdırma Missiyası") proqramı və İsveçin TT Xəbər Agentliyi sazişlə bağlı yüzlərlə səhifə sənədi öyrənməyə 3 ay vaxt sərf edib.

İsveçrədən Swiss Radio və SRF telekanalı və Türkiyənin "Hürriyyet" qəzeti də araşdırmaya yardım ediblər.

Lars Hammar
Lars Hammar
KORRUPSİYA "İYİ GƏLƏN" SÖVDƏLƏŞMƏ

Təhlil TeliaSonerada olan səhmlərin Azərbaycanın hakim Əliyev ailəsi ilə bağlı olan “yerli tərəfdaşlara” ötürülməsini üzə çıxarıb.

​“Burdan korrupsiya və rüşvət iyi gəlir” – bunu İsveçin ən təcrübəli maliyyə cinayətləri müstəntiqi Lars Hammer deyir.

Təcrübəli auditor Einar Hackner isə araçdırmaçıların təhlilini öyrənəndən sonra deyib ki, polis və prokurorlar korrupsiya, oğurluq, mənimsəmə ittihamları ilə istintaqa başlamalıdır. Onun fikrincə, dövlət vəsaitləri oğurlanıb.

TeliaSoneranın yeni icra rəhbəri Johan Dennel-dən birbaşa soruşanda ki, “Əliyev rejiminə rüşvət verilibmi? “- Dennelind deyib: “Biz bunu sübut edə bilmərik. Ancaq bunu istisna etmək də olmaz”.

Einar Hackner
Einar Hackner
CENAY İNSHAAT AZERCELL-Ə BELƏ SAHİBLƏNİR...

Azercell 1996-cı ildə Azərbaycan hökuməti ilə Türkcellin birgə müəssisəsi kimi yaradılıb. O zaman Azercell-də Azərbaycan hökumətinin payı 51% idi. Sonralar bir neçə şirkətin yaranmağı ilə Türkcellə nəzarət TeliaSoneraya keçdi.

Ancaq buna qədər Turkcell Cenay İnshaat-ı Azercellə cəlb etmişdi. Guldamla ailəsinin sahibi olduğu Cenay İnsaat Əliyevlərə yaxın şirkətlərlə iş qurmaqda mühüm rol oynadı.

2008-ci ildən Azercell doğrudan da böyük mənfəətlər götürməyə başlayanda dövlətin payı yavaş-yavaş Əliyevlərə yaxın şirkıtlərə ötürülməyə başladı.

2004-cü ildə TeliaSoneranın Hollandiya holdinq şirkətinin rəhbəri Erdal Durukan o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşəndə nazir ona bildirdi ki, Azərbaycan hökuməti Azercelldəki paylarını özəlləşdirmək istəyir.

TeliaSonera Azercelldə payını 75%-ə qaldırmaq istəyirdi. Sövdələşmədə Azərbaycan hökuməti Azercellə 400-550 milyon dollar, TeliaSonera isə daha yüksək - 600-700 milyon dollar qiymət qoyurdu.

İlkin razılaşmaya görə TeliaSonera payını 75%-ə çatdırmaq üçün 200 milyon dollar verməli idi və yekun sazişin üstündə iş gedirdi.

Ancaq 6 aydan sonra plan dəyişdi. Azərbaycan hökuməti elan etdi ki, Azercell-dəki payınıə TeliaSoneraya yox, yerli şirkətlərə satacaq. Bu payı alan müəmmalı yerli şirkıtlərin kimliyi isə açıqlanmadı.

XƏDİCƏ İSMAYILDAN

Xədicə İsmayıl
Xədicə İsmayıl
​XƏDİCƏ İSMAYILDAN

Hazırda həbsdə olan jurnalist Xədicə İsmayıl bu araşdırma ilə məktub göndərib. Məktubda qeyd edilir:

- Azercell-in dövlət səhmlərinin niyə bu qədər ucuz qiymətə satılması barədə sual həmişə ortalıqda olub. Mənim təhqiqatım bu şirkətlərin prezidentin ailəsi ilə əlaqəsi olduğunu aşkara çıxaranda həmin sualın cavabını aldıq. İndi məlum olur ki, onlar heç həmin səhmlərin pulunu da verməyiblər. Bu açıq-aşkar rüşvətdir.

Bir dəfə Özbəkistandan olan bir insan haqları müdafiəçisi mənə TeliaSonera barədə dedi ki, onlar rüşvət kimi vedikləri pulun bircə faizini korrupsiyanı dayandırmaq üçün çalışan ictimai təşəbbüslərə versəydilər, indi bu qədər rüşvət vermək məcburiyyətində qalmazdılar. Bu bizim üçün və İsveç hökuməti üçün çox utancverici bir haldır.

Mən indi başa düşürəm ki, niyə TeliaSonera mənim suallarıma cavab verməyə bu qədər könülsüz imiş. Bir il bundan əvvəl Bakıda Qlobal İnternet İdarəçiliyi Forumu (Global Internet Governance) keçirilirdi. Mən TeliaSoneradan onun səhmdarlarının kim olduqlarını soruşdum. Cavab vermədilər.

Sonra eyni sualı Tvitterdə soruşdum. Daha sonra isə bu məsələni araşdırıb axırına çıxdım. Bu mənim sonuncu təhqiqatım oldu. Bu təhqiqat, apardığım başqa təhqiqatlarla birlikdə mənim həbsimin səbəbidir.

Belə təhqiqatların daha çox aparılmasına ehtiyac var. Çünki qara pullar hökumətlərə ölkələri qul vəziyyətində saxlamağa kömək edir. Bu, həm də belə bir təsəvvürü gücləndirir ki, “avropalılar da bu korrupsiyaya bulaşıblar” və beləliklə, insanlar alternativin mövcudluğuna, korrupsiyasız cəmiyyətlərin mümkünlüyünə ümidlərini itirirlər.

Azercell-ə gəlincə isə, informasiya texnologiyalarının bir ailənin əlində olması çox təhlükəlidir. Və indi artıq Azərbaycanda elə bir kommunikasiya və ya internet yoxdur ki, bu ailənin nəzarətindən kənarda qalsın.

DOLANBAC YOLLAR ƏLİYEVLƏRƏ APARIR...

2005-ci ildə reallaşan sxemlə TeliaSonera səhmləri öz uzunmüddətli tərəfdaşı Cenay İnsaata bənzəyən, ancaq həqiqətdə fərqli Cenay iletisim şirkətinə verdi.

Payın bu cür ötürülməsində açıq-aşkar olmasa da dolayı yollarla yenə də Əliyev ailəsinin izləri hiss edilir. Bu izləri əsasən aşağıdakı məqamlar ortaya çıxarır:

• Cenay Iletisimin sahibkarlıq quruluşu bu dövrdə Əliyev ailəsinin biznesinin ən çox istifadə etdiyi təcrübəyə uyğun idi.

• Bu işə cəlb olunan iki şirkət Panamada qeydiyyata alınmışdı, Əliyevlər ailəsinin şirkətlərinin çoxusu Panamada qeydə alınıb.

• Bu şirkətləri eyni qeydiyyat agentli Morgan y Morgan qeydə alıb. Bu agentdən adətən Əliyevlər ailəsi istifadə edir.

• Cenay Iletisim-ı Əliyev ailəsinin çoxdankı tanışı, İsveçrəli vəkil Olivier Mestelan təmsil edirdi. O, hələ ailənin yaratdığı şirkətlərdə təsisçi olub.

• Şirkətin direktoru Ahmet Cemhan Bilge idi. Onun tikinti şirkəti Əliyevin və onun qızlarının əsas tərəfdaşıdı idi.

Bu yeni Panama şirkətləri Cenay İletisim və Azercell-in 6,5%-lik payına cəmi 6,5 milyon dollar verdilər.

Prezident Ilham Əliyev və xanımı Mehriban Əliyeva
Prezident Ilham Əliyev və xanımı Mehriban Əliyeva
ŞİRKƏTDƏN MÜƏMMALI CAVAB: "SATMAQ BİZİM ÜÇÜN ƏN YAXŞISI İDİ"

OCCRP-in reportyoru Cenay Grupun-un təmsilçilərindən olan Ugur Uzpederdən soruşub ki, niyə payları belə ucuz satdıınız? O deyib ki, “satmaq bizim üçün ən yaxşısı idi”.

Ugur Uzpeder qeyd edib ki, Azərbaycanda işləmək çox ağırdır. Ondan soruşanda ki, paylarını satmağa zorlamı məcbur ediliblər, cavabında Uzperder qısaca bunu deyib: “Bundan artıq deyə bilmərəm. Mən bundan çox danışa bilmərəm”.

2005-ci ildə Azərbaycan hökuməti öz payını satışa çıxartdı. Özəlləşmədən sonra Azercelldə 42% pay Cenay Iletisim-in oldu və halbuki bu sövdələşməyə qədər onun payı 6.5% idi. TeliaSonera-nın payı isə 80%-dən 51%-ə düşdü.

Nyu Yorkda məhkəməsinin araşdırmasına görə Azərbaycanda özəlləşdirmə çeklərinin 3-də 2-i ehtimal ki, Əliyevlər də daxil, Azərbaycan rəsmilərinin yaratdığı 28 şirkətdədir. Ola bilsin ki, Azercellin özəlləşdiriməsində istifadə olunan çeklər bu şirkətlərdən gəlib.

Araçdırmaçı jurnalislər sonda yazırlar ki, Azərbaycanın ən böyük telekommunikasiya şirkətinin özəlləşdirilməsi mürəkkəb əhvalatdır. Bunu həm də qəsdən qəlizləşdirirlər ki, şəffaflıq olmasın.

Buna aydınlıq gətirmək üçün reportyorlar iki ekspertə müraciət ediblər. Bunlardan biri biznes idarəçiliyi üzrə ekspert Einar Hackner, digəri maliyyə cinayətləri üzrə keçmiş polis müstəntiqi Lars Hammerdir.

Onların hər ikisi deyib ki, bu saziş həm qeyri-etikdir, dövlətin sərvətini Əliyev ailəsinə yaxın olanlara veriblər, həm də ola bilsin ki, bu, cinayətdir.

PREZİDENTİN KÖMƏKÇİSİNDƏN ARAŞDIRMAYA REAKSİYA...

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Virtualaz.org saytına bu araşdırmanı "Qərbdəki müəyyən dairələr tərəfindən Azərbaycana qarşı təşkil olunmuş “qara piar” kampaniyasının tərkib hissəsi adlandırıb: "Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Həmin təşkilatlar ardıcıl şəkildə “jurnalist araşdırması” adı altında bəzi ölkələr, o cümlədən də Azərbaycan haqqında əsassız, yalan və şantaj xarakterli materiallar dərc ediblər. Görünür, anti-Azərbaycan dairələr l Avropa Oyunlarına iki həftəyə yaxın vaxt qalmış anda növbəti “jurnalist araşdırmasını” efirə buraxmaqla öz məkrli istəklərinə nail olacaqlarını düşünürlər.

Bu çirkin kampaniyanın müəllifləri və icraçıları, onların qeyri-sağlam məqsədlərinin mahiyyəti həm Azərbaycan ictimaiyyətinə, həm də xarici aləmə məlumdur.

Biz də onları xəbərdar edirik ki, belə ucuz və primitiv metodlarla başqa ölkələrlə bağlı reallaşdırdıqları ssenariləri Azərbaycanda həyata keçirə bilməyəcəklər. Onlar əmin ola bilərlər ki, Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar və öz layiqli cavablarını da alacaqlar".

Araşdırmanın hazıırlanmasında iştirak ediblər:

Lejla Camdzic (OCCRP),
Boris Kartheuser (İsveçrə Sylke Gruhnwald (SRF),
Julian Schmidli (SRF),
Lovisa Moller (İsveç),
Sofia Hultqvist (İsveç),
Durna Səfərova (Azərbaycan),
Tolga Tanis ("Hurriyet").

Araşdırma Xədicə ismayılın original təhqiqatlarına əsaslanır.

XS
SM
MD
LG