Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

«Cənab prezident... onlar ölkənin xərçəng şişidir»


Arif Məmmədov
Arif Məmmədov

-

Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

A.Məmmədovun «facebook» səhifəsində yaydığı məktubda deyilir ki, səfirlərin ölkə rəhbərliyinə qarşı guya çevriliş hazırlamaları barədə yazıları prezidentin ətrafında olan müəyyən şəxslər himayə edir:

«Mən əvvəllər də öz məktubumda sizə bildirmişdim ki, Azərbaycan hökumətindəki müəyyən şəxslər öz gərəksiz fəaliyyətlərinə haqq qazandırmaq üçün Qərb, Avropa Şurası, Avropa İttifaqı, indi də səfirlərə qarşı hiylələrə əl atırlar. Təxribat bu insanların qadir olduqları yeganə nəsnədir. Onlar Azərbaycan xalqına, ağıllı və bacarıqlı insanlara nifrət edirlər, çünki onları gərəksiz olan özlərinə təhlükə kimi görürlər», - diplomat yazır.

«SİZ HƏMİN İNSANLARI YAXŞI TANIYIRSINIZ»

«Cənab prezident, cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır. Bu insanlar sizin imicinizə ziyan vurur və dünyada qəsdən ölkə haqqında mənfi imic yaradırlar. Onlar ölkənin xərçəng şişidir. Siz həmin insanları çox yaxşı tanıyırsınız. Onlar sizin komandanın sonuncu ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf kimi seçiblər. Siz təcili qərarlar qəbul etməsəniz, onlar dayanmayacaqlar. Azərbaycan xalqı sizin düzgün qərarlar qəbul edəcəyinizə ümid bəsləyir», - bəyanatda deyilir.

A.Məmmədov İƏT-də öz postundan istefa verərək siyasi fəaliyyətə başladığını və Azərbaycanın böhrandan çıxarılması üçün proqram hazırladığını bəyan edib.

XS
SM
MD
LG