Kredit amnistisiyası ola bilərmi?
Alınmış kreditlərin bağışlanması ideyasını bir müddət öncə, prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şuranın namizədi Cəmil Həsənli tərəfindən irəli sürülmüşdü. C.Həsənli 5000 manatadək bank krediti olan şəxslərin borclarının silinəcəyinə söz verirdi. Ekspertlər indi cəmiyyətdə dolaşan
“borcların bağışlanması” məsələsinin hakimiyyət texnoloqları tərəfindən ortaya atıldığını, bir müddət sonra unudulacağını deyirlər.
Yunanıstan bankları 6 günlüyə bağlandı
Yunanıstanın baş naziri Alexis Tsipras elan edib ki, ölkə bankları növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasını əngəlləmək üçün kapital nəzarəti tətbiq olunacaq.
Beynəlxalq kreditorlar ölkənin borcu üçün vaxtı uzatmayıb. Qoyulmuş vaxt iyunun 30-da bitir. Tsipras iyunun 26-da qəfildən elan edib ki, ölkəyə borc verilməsinin şərtlərinə dair referendum keçiriləcək. Bundan sonra yunanlar banklardan və ATM-lərdən pullarını çıxarmağa başlayıblar.
Əliyevlərin Bakıdakı otelləri
OCCRP-nin yeni araşdırması: "prezidentin qızları Leyla və Arzu Əliyevalar Bakıda 5 dənə beşulduzlu otelə ya birbaşa sahibdir, ya da dolayısı ilə bağlıdır."