Əli Abbasov: Avropa Oyunlarına kiberhücumların 70-80 faizi ölkəyə daxil olmadan dəf olundu
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, Avropa Oyunlarının elektron bazası 2-3 səviyyədə qorunurdu. "Bunun nəticəsidir ki, böyük bir tədbirin elektron bazasına ciddi bir kiberhücum olmadı. Qeydə alınan kiberhücumların 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub", - deyə nazir bildirib.Nazir həmçinin ekspertlərin kiberhücumlardan qorunma qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib.
Cristiano Ronaldo şəkillərindən istifadə hüquqnu satıb
Cristiano Ronaldo özünün bütün şəkillərindən istifadə hüququnu Honq Konqun Mint Media şirkətinə satıb. Şirkətin sahibi sinqapurlu miyarder Peter Lim deyib ki, Ronaldo nəinki böyük futbolçudur, o həm də çox populyar insandır. "Mən əminəm ki, Ronaldo brendinin populyarlığı artacaq." Müqavilənin qiyməti açıqlanmır. Ancaq 6 ilə bağlanıb.
"Füzulinin türbəsini Səddam yıxdı, sümüklərini azərilər xilas etdi"
Tarixçi-jurnalist Murad Bardakçı haberturk.com saytında Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki qəbrinin bir neçə dəfə köçürdülməsi ilə bağlı maraqlı yazı dərc edib. ...1984-cü ildə buldozerlərin dağıdıb, daş yığınına çevirdiyi bina Füzulinin boş qəbri idi. Qəbir bir gün əvvəl açılmışdı. Şairin sümükləri yığılıb bir qutuya qoyulmuşdu. Yaxınlıqdakı kiçik Sultaniyə məscidinə yerləşdirilmişdi.Füzulinin sümükləri illərlə bu məsciddə qalıb... "Azərbaycanın təzyiqi,təpkisi ilə Füzuli 1994-cü ildə yeni məzara köçürüldü"...Füzuli 1995-ci ildən Kərbəladakı yeni türbəsində yatır. Türbənin qübbəsində məşhur beyti əks olunur: “Nə yanar kimsə mənə atəşi-dildən özgə, nə açar kimsə qapım badi-səbadan qeyri”. Yəni, “mənə könlümdəki alovdan başqa kimsələr yanmadı, qapımı isə səhər küləyindən başqa açan qalmadı”...
Balkanlar Yunan böhranına hazırlaşır
Balkan ölkələri Yunanıstanın maliyyə böhranından qorunmaq üçün müdafiəni möhkəmləndirir. Bolqarıstan, Makedoniya, Albaniya, Serbiya və Rumıniyada milyonlarla insanın yunanlara məxsus banklarda depozitləri var. Hazırda bu ölkələrdə bankomatlardan günə cəmi 60 avro çıxarmaq olar.