Rövnəq Abdullayevin çay evinin açılışında nə işi var?
Bu sualı Azadlıq qəzeti verir. «Astaraçay» MMC-nin Çay Emalı Fabrikinin açılış mərasiminin maraqlı tərəfi açılışda ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirak etməsidir.
İyunun 29-da AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:
Kredit amnistiyası ideyası hardan gəlir?
Əliyevlərin Bakıdakı otelləri – Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsinin yeni araşdırması
Yerevanda aksiya davam edir
İdmançılara 8 milyon manat mükafat veriləcək
Azərbaycan yığmasının 43 faizi legoinerlər idi-mililəşdirilmiş xaricilər çox deyilmi?
Nəfəs LGBT Azərbaycan Alyansı deputat Fazil Mustafadan homoseksuallarla bağlı “nifrət çağırışları”nı dayandırmağı tələb edir.Deputatın cavabı
Kreditlərin bağışlanacağı ağlabatan deyil
Ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir. Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır. Başqa sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb. Bundan əlavə, 1.1 milyon nəfər
də var ki, onlar kredit götürən şəxslərə zamin durublar ki, işdir qaytarmaqda çətinlikləri olsa, məsuliyyəti onlar daşıyacaq. Ekspertlər kredit amnistiyasına inanmırlar.
Avropa Oyunlarından Azərbaycanın qazancı
İdman şərhçisi Səbuhi Musayev lap əvvəldən Azərbaycan komandasını ilk beşlikdə gördüyünü deyir: “Çünki burda rəqabət dünya arenası ilə müqayisədə daha zəif idi. Ona görə ilk beşliyə düşə bilərdik. Belə də oldu. Bəlkə heç kim yığmamızın ikinci yeri tutacağını gözləmirdi. Sırf idman baxımından bu, böyük nəticə oldu. Ən böyük qazancımız isə o oldu ki, idman infrastrukturu quruldu. Su İdmanı hovuzu, Milli Gimnastika Arenası, Olimpiya Stadionu tikildi. Yeni-yeni idman növləri yarandı. Məsələn, tratlionun Azərbaycanda əsası qoyuldu. Üzgüçülük yenidən dirçəlməyə başlayacaq”.