Şeyxin deputat qardaşı:"dindaram, ancaq dindən bir şey bilmirəm"
“Sosial şəbəkələrdən istifadə etməyə qorxuram” - bunu millət vəkili Cavanşir Paşazadə “Qafqazinfo”ya müsahibəsində deyir.
Kreditlərin bağışlanması haqda deyib ki, "Dövlət orqanlarından bu barədə rəsmi xəbər yayılmayıb. Bu şayiələri göbələk kimi artan saytlar çıxarıb."
"Dünyanın heç yerində bu zolaq gediş yolunun sol hissəsində olmur. Onsuz da bizdə sağ tərəfdən maşınlar saxlanılır, yol daralır. Mən təklif edərdim ki, birdəfəlik yolun sağ istiqamətində sarı xətt çəkilsin. Bununla da yolun qırağında maşın saxlanılmayacaq, o xəttə girilməyəcək."
“Dindaram, amma dindən bir şey bilmirəm”.
Cüdo yığması kimononu öz puluna alırmış
Cüdo üzrə Azərbaycan yığmasının üzvü Ayşə Qurbanlı deyib ki, «Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan-bundan kimono axtarırdıq. Öz pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki?»
Tİ: Korrupsiya ilə mübarizədə irəliləyiş yoxdur
Azərbaycan da daxil, 5 Şərqi Avropa ölkəsində korrupsiya ilə mübarizədə irəliləyiş yoxdur, bu isə demokratik uğuru əngəlləyir və Avropa Birliyi ilə daha geniş iqtisadi və siyasi əməkdaşlığa zərbə vurur. Transparency International təşkilatı Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada korrupsiya ilə mübarizə aparan onlarla qurumun işini dəyərləndirib. Bu ölkələr gələn 5 il ərzində AB-dən azı 16.6 milyard dollarlıq yardım alacaqlar.Ancaq təşkilat yazır ki, bu pulun korrupsionerlərin cibinə gedəcəyi riski böyükdür.
Modern.az : "Xəzər adaları" Hacı İbrahim Nehrəmlidən alındı. Nehrəmli təkzib edir
modern.az saytı yazır ki,Hacı İbrahim Nehrəmli ona məxsus “Xəzər Adaları”nı Beynəlxalq Banka borcunun bir hissəsi kimi banka təklif edib.Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.
Nehrəmli isə Publika.az-a açıqlamasında yayılan məlumatların tamamilə yalan və cəfəngiyat olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur
“Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.