Əli Abbasov: Avropa Oyunlarına kiberhücumların 70-80 faizi ölkəyə daxil olmadan dəf olundu
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib ki, Avropa Oyunlarının elektron bazası 2-3 səviyyədə qorunurdu. "Bunun nəticəsidir ki, böyük bir tədbirin elektron bazasına ciddi bir kiberhücum olmadı. Qeydə alınan kiberhücumların 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub", - deyə nazir bildirib.Nazir həmçinin ekspertlərin kiberhücumlardan qorunma qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib.
Ronaldinyo Antalyaspor-a qoşulmaq üzrədir
34 yaşlı braziliyalı futbol ulduzu Ronaldinyo sosial mediada video yayıb və yazıb ki, “Salam, mən Ronaldinyo Qauço. Tezliklə Türkiyədə birlikdə olacağıq”. Antalyaspor-un prezidenti Güntekin Gəncər açıqlamasında 34 yaşlı futbolçunun 1-2 gün içində Türkiyəyə gələcəyini qeyd edib.
Abel Məhərrəmov könüllüləri "tapşırdı"
BDU-nun rektoru Abel Məhərrəmov universitetin Avropa Oyunlarında könüllü olmuş 3 min tələbəsi ilə görüşündə bildirib ki, universitetdə imtahanlar bir qayda olaraq yazılı keçirilir. Ancaq könüllülər üçün qaydalarda dəyişiklik edilib - imtahanlar şifahi olacaq.
Hikmət Hacızadə: “Rejimin piarına xərclənən milyardlar demokratiyaya işlədi”
“İdman konsepsiyasını cəmiyyət üçün zərərli hesab edirəm. Gənclər ömrünü idmana sərf edir. Sonra da bir hissəsi şikəst olur, idman ömürləri qurtarır, ya polisə getməlidirlər adam döyməyə, ya da kriminala. Mən bunu qəbul etmirəm”-bunu politoloq Hikmət Hacızadə deyir