Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:12

İstiqlalın 3 qurbanından 1-cisi...


Nəsib bəy Yusifbəyli
Nəsib bəy Yusifbəyli

-

İZ proqramının Nəsib bəy Yusifbəlidən bəhs edən buraxılışı
Gözlə

No media source currently available

0:00 0:29:54 0:00
Direct-ə keçid

Nəsib bəy Yusifbəyli: “Fəna bir zaman başladı... Hər yanda tuthatutdu...”

Ötən “İz”də istiqlalın 3 qurbanından birindən - iyunun 19-da Tbilisidə “Daşanksütyun” partiyasının əliylə qətlə yetirilən Fətəli xan Xoyludan söz açılmışdı. Bu dəfə Nəsib bəy Yusifbəylinin sırası gəlib - Fətəli xandan 19 gün öncə itkin düşən 39 yaşlı Müsavat nazirinin (kabinet sədri də olub)...

“HƏR YANDA TUTHATUTDU”

Mərhum Xanlar Bayramov “Vətəndən iraq düşənlərimiz” məqaləsində yazır: “1920-ci il aprelin 27-də gecədən xeyli keçmiş Nəsib bəy öz rus sürücüsü Mitya ilə evə gəlir və bildirir: Fəna bir zaman başladı...Hər yerdə tuthatutdu. Sonra cibindəki pulun bir hissəsini masanın üstünə qoyub ailəsiylə vidalaşır və “özünüzü qoruyun” deyərək hansı istiqamətəsə gedir. O zamandan indiyədək Nəsib bəydən heç bir məlumat verən olmayıb...”.

DİLGUŞƏ XANIMIN DEDİKLƏRİ:

Nəsib bəyin bacısı qızı mərhum Dilguşə xanım vaxtilə AzadlıqRadiosuna belə demişdi: “ Zöhrə özü mənə atasının itdiyini söyləyirdi. Deyir, bir gecə babam gəldi və dedi ki, Türkiyəyə gedirəm, sizi sonra yanıma gətizdirəcəyəm.

Deyilənə görə, onu vaqona qoyublar, guya Bağırovun adamları Nəsib bəyi müşayiət edirmiş. Sonra öldürüb Mingəçevir gölünə atıblar”.

NƏSİB BƏYİN AİLƏSİNİN BAŞINA NƏLƏR GƏLDİ?

Xanlar Bayramovun yazdıqları: “Ertəsi gün bolşeviklər Nəsib bəyin ailəsini filarmoniyanın yanındakı mənzillərindən bayıra atır...Bir az keçəndən sonra xeyirxah insanların köməyi sayəsində ailə şəhər kənarındakı kasıb bir daxmada, çətin şəraitdə yaşamağa başlayır. İki il ötür. Türkiyənin ozamankı Bakı konsulu, İsmayıl bəy Qaspralının dostu (Nəsib bəyin ömür yoldaşı Şəfiqə xanım İsmayıl bəyin qızıydı) Memduh Şevket bəy onların acı taleyindən xəbər tutur və Şəfiqə xanım Qaspralının yanına adam göndərir.

Onları azad edəcəyinə söz verir və saxta sənədlər düzəldir, Rusiyadan vaqonlarla gəlib Batuma gedən əsir türk hərbçiləriylə yola salır. Zöhrə xanım (Nəsib bəyin qızı), qardaşı Niyazi və anası Şəfiqə xanım kiçik bir gəmiylə Batumdan Trabzona çata bilirlər”.

“BAJIN ÖLSÜN, AY NƏSİB!”

Şəfiqə xanım
Şəfiqə xanım

Dilguşə xanım uşaqlığının anasının ah-naləsi ilə keçdiyini bildirirdi: “Anam dizinə döyüb deyirdi: Bajın ölsün, ay Nəsib! Bajın ölsün ay Nəsib! Eləcə bütün ömrümüz Xəlil bəy (Xəlil bəy Xasməmmədli Dilguşə xanımın əmisi olub), Nəsib bəy sədaları altında keçdi.

Zöhrə danışırdı ki, Nəsib bəyin ailəsinin Türkiyəyə qaçmasına Nərimanov yardım elədi. Şəfiqə xanımın qardaşı Rüfət bəy Türkiyədə yaşayırdı”.

SIRADA HƏSƏN BƏY AĞAYEV OLACAQ

Beləliklə, iyulun 6-da saat 23-də 95 il öncə itkin düşmüş istiqlal qurbanı Nəsib bəy Yusifbəylinin izinə düşəcəyik.

Sırada 3-cü qurban-1920-ci il iyulun 19-da Tiflisdə qətlə yetirilən Müsavat naziri Həsən bəy Ağayev olacaq.

İstiqlal qurbanlarını yoxluqlarının 95-ci ilində yad edək.

Tariximizin qanlı və şanlı səhifələrini birgə vərəqləyək.

XS
SM
MD
LG