Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 06:08

Qazaxıstanda «qadın» davaları...


-
Qazaxıstanın Qızılorda şəhərində yaşayan Arujan Jandoskızı “qadın davaları”na qatılmadığını söyləsə də, radionun qazax xidmətinə yaxın rəfiqəsinin qəddarcasına döyülməsindən danışıb:

“Bu yaz mənim rəfiqəm Ayqerimi başqa məktəbdən olan üç qız döyüb. Aralarında oğlanı bölüşdürə bilməyiblər. Nəticədə rəfiqəm sevdiyi adamdan imtina etməyə vadar olub. Qızlar internetə video qoyub, az sonra onu siliblər. Heç kim məsuliyyətə cəlb edilməyib, rəfiqəmin beyni silkələnib və bədəninə bir neçə xəsarət yetirilib”.

DAVALARIN SƏBƏBİ...

Kazakhstan - Aruzhan Zhandockyzi
Kazakhstan - Aruzhan Zhandockyzi

Məktəbli qız yaşıdlarının əsasən “oğlanlara, dedi-qoduya və şöhrət naminə” dalaşdıqlarını bildirir.

Zorakılıq səhnələri yer alan videopoliklər arasında çox vaxt “qadın davaları” qızğın müazakirə və qınaqlara səbəb olur. Qazaxlı rejissor Xalila Omarova videoların internetə yüklənməsini, ümumiyyətlə, qızların davasına yaxşı baxmır:

“Mən qadınların və qızların qəhrəmanı olduğu zorakılıq səhnələrinin sosial şəbəkələrə qoyulmasını qeyri-normal sayıram. Qızlar bir-birini alçaldıb, ələ salıb “qəhrəman” olurlar və düşünürlər ki, bu çox əladır. Həmin “qəhrəman” qızlar özləri bu hərəkətləri cinayət saymırlar, nə etik, nə də mənəvi tərəfdən mənfi cəhətlərini görmürlər. Qazaxstanda mənəviyyat kodeksi yoxdur, biz mənəvi sifətimizi itiririk. Onlar nə cür ana olacaqlar?”

Rejissor internetə belə videoçarxlar qoyan “qəhrəman”ları və “operator”ları cəzalandıracaq ayrıca qanunun qəbul olunmasını təklif edir. O deyir ki, bu sosial xəstəlikdir və dövlət inkişafda olan bu “xəstəlik”lə mübarizəyə maliyyə ayırmalıdır.

"QADIN DAVALARI" PORNO VİDEOLARI BELƏ ÖTÜB...

Qazaxstanda sözügedən problemlə məşğul olan mərkəzlər yoxdur, sosioloji araşdırmalar aparılmır. Bununla belə sosioloqlar iddia edirlər ki, zorakılıq səhnələri olan videoçarxlar get-gedə daha çox baxılır.

“İnsana nə lazımdır? Qəlbi cuşa gətirən səhnələr. Bu günlərdə pornosaytlar və “qadın davaları” olan videoçarxlar ən çox baxılan olublar. Bu videobaxışların xüsusi analizi ilə heç kim məşğul olmur. Amma düşünürəm ki, artıq həyəcan təbili çalmağın vaxtıdır”, - bunları da sosioloq Kuanış Japparov bildirir.

Qazaxstan İnsan hüquqları üzrə büronun əməkdaşı Andrey Qrişin deyir ki, mövcud zorakılığı təbliğ etmə haqqında qanunu, təəssüf ki, adətən “YouTube”da yerləşdirilən bütün belə çarxlara tətbiq etmək olmur. Hüquq müdafiəçisinin sözlərinə görə, həbsxanalarda əzabvermələr, heyvanlar üzərində ələsalmalar, davalar - bütün bunlar cəmiyyətin xəstəliyidir və cəmiyyətin inkişafının göstəricisidir. “Aqressiya şkalası artdıqca artır, bütün normaları keçir”, - Andrey Qrişin belə fikirləşir.

BƏS, ÇIXIŞ YOLU NƏDİR?

Kazakhstan - Marat Gusmanov, psychologist
Kazakhstan - Marat Gusmanov, psychologist

Astanadan olan psixoloq Marat Qusmanov çıxış yoluNu düzgün tərbiyədə və uyğun qanunlarda görür. O iddia edir ki, belə videoçarx personajları zorakılıq səhnələrində iştirak edərkən özlərini ucalara qaldırdıqlarını düşünürlər.
Marat Qusmanov deyir ki, internetə belə video axınları öz qüdrətini nümayiş etdirmək imkanı verir:

“Amma buna şər içində, hər zaman alçaldılan və ya əksinə fövqəl durumda olan insanlar gedir. İndi onlar qisas almaq və ya sübut etmək məcburiyyətindədirlər. Belə adamlar əməkdaşlıq etməyi bacarmırlar, onlara öz psixoloji problemlərini həll etmək üçün diktatorluq vacibdir. Belə nəticəsiz cəhdlər həyətdə, küçədə liderlik və ya departamentdə direktorluqdan keçə bilər”.

Psixoloqun fikrinə görə, qazaxların çoxu problemlərinin həllini öz içlərində yox, ətrafda axtarırlar. Hətta şəbəkələrdə heç nə yerləşdirməsələr belə. Astanalı psixoloq əvvəldə də dediyimiz kimi zorakılıq və onun nümayişi ilə “güc və düzgün tərbiyə” ilə mübarizə aparmağı təklif edir:

“Güc – hüquqi müdafiədir, ictimai qınaqdır, öz problemlərini başqalarının hesabına həll etmənin qarşısını alan cəzadır. Düzgün tərbiyə - qəzəb və özündən müştəbehlik maniyası olmadan, sakit atmosferdə şəxsiyyətin inkişafının və yetişməsinin təmin edilməsidir. Belə olduqda insan üçün özünə və başqalarına heç nə sübut etmək lazım olmayacaq. Onda insan daha maraqlı işlər görmək üçün azad olacaq”.

XS
SM
MD
LG