Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:49

Yazında yanğın et


Nabokov "Lolita"nı yazarkən
Nabokov "Lolita"nı yazarkən

- "Yazmaq sənəti" rubrikasında bu həftə ədəbiyyat agenti Donald Maass'ın "The Fire in Fiction" ("Nəsrdə atəş") kitabının tanıtım yazısını təqdim edirik.

Hekayədə Müəllim sən yox, süjet olmalıdır. Bəs tələbələr? Tələbələrsə qoy oxucuların yox, xarakterlərin olsunlar

Mənim ədəbiyyat agentliyimə göndərilən bir çox əlyazmalar parlaqlıqdan məhrumdur. Göndərilən bir çox romanlar yorğundur. Bir çox romanlar mənə bayat təsir bağışlayır. Hətta yaxşı yazılanlar belə, məni məşğul etməyi və həyəcanlandırmağı bacarmır.

Əlyazma divara ilişirsə, "rəqs etmək istəmirsə", onda nə çatmır? Orijinallıq deyərdim, amma əgər detektiv, vampir tarixçələri nəşriyyatların qapısını aça bilirsə, demək, burada açar orijinallıq deyil.

Hətta bəzən klişe romanlar da ortaya çıxır və yaxşı satılır. Bir-birinə bənzəyən meynstrim romanlara da, ədəbi nəsrə də aiddir bu.

Məsələ bir hekayənin əla, yeni, öncül olmasında deyil. Məsələ səhifələrdən şövqün, ehtirasın hiss olunmasındadır. Elə bir şövqü, ehtirası necə çatdırmalı?

Yazmaqda olduğunuz roman üçün bəzi məsləhətər:

Ümumi, hamıya məlum təcrübədə xüsusi cəhət tap

Hekayənə şövq, ehtiras qatmaq istəyirsənsə, bunu xarakterlər (qəhrəmanlar) vasitəsilə et. Xarakterlərini necə hirsləndirə bilərsən? Onları ayağa qaldıran şey bizə də ilham verir.

Aşağıdakı sualları oxuyanda ağlına gələn cavabları özün üçün qeyd et.

1. Hekayən realistdir? Qəhrəmanların adi insanlardır?

2. Hekayənin dünyasında səni əsəbləşdirən nədir? Biz nəyi görmürük? Hekayənin ən vacib sualı nədir? Hekayəndə ən təhlükəli şey nədir? Ağrı varmı, nədir o ağrıya səbəb?
3. Gözlənilməz gözəllik varmı? Bu hekayənin nəzərindən baxanda gözəllik nədir? Tanınmamış qəhrəman kimdir? Kimi xilas etməyə ehtiyac var?

4. Öz hisslərini qəhrəmanına ver. Kim nə uğrunda mübarizə aparır? Kim süjetin əsas problemini səbəbə çevirməyə qadirdir?

5 . Qəhrəmanın qorunmalı olduğu bir situasuya yarat. Süjetin əsas problemini göründüyündən geniş edən nədir? Bu süjet bizim üçün niyə maraqlı olmalıdır, səncə?

Ümumi olmayan bir təcrübədə ümumi cəhət tap

Əgər sənin baş qəhrəmanın (protaqonist) əla, dahi, cəsur, başqalarından üstün bir insandırsa, düşünə bilərsən ki, yaxşı xarakter yaratmısan. Səhv edirsən. Mükəmməl qəhrəmanlar real deyil. Oxucular bunu yaxşı bilirlər.

Onlar belə xarakterlə ünsiyyət qurmayacaqlar, ünsiyyət qurmaları üçün bu xarakterin real olduğuna inanmalıdırlar. Bu, təkcə qəhrmana aid deyil, hekayənin bütün dünyasına aiddir.

Sizin ölkənin daxili siyasəti, beynəlxalq münasişələr və başqa belə mövzular hekayədə oxucuların marağını yalnız o zaman çəkə bilər ki, həmin hekayədə o mövzularla ünsiyyət qurmağa bir yol tapsınlar.

Biz adi öləri insanlar üçün öz qəhrəmanını insanlaşdırmaq və hekayənin ekzotik dünyasını bizim üçün humanistləşdirməkdən ötrü bu suallar haqda düşün:

1. Hekayən hamıya aid olmayan məsələlər haqdadır? Xarakterlərin adi insanlar deyil?

2. Qəhrəmanın üçün onu insan edəcək bir uğursuzluq tap, dünyada hamının başa düşəcəyi bir xəyal qırıqlığı tap, alçaldıcı bir vəziyyət də ola bilər, yaxud hamının həyatında olmuş başqa bir vəziyyət.

3. Hekayədə zamandan asılı olmayaraq, qüvvədə olan nələrsə varmı? Nə dəyişdirilə bilməz? Əsas insan təbiəti necə nümayiş etdirilir? 100 il əvvəl də, bu gün də, 100 il sonra da olacaq nə isə varmı?

4. Protaqonist nəyi hamı kimi edir? Onun cazibəsi nədədir? Bu xarakterin dilindən bir həyat şüarı yazası olsan, şüar nə olardı? Ata-anasından nə keçib ona?
5. Qəhrəmanın özünü öz başından yuxarıda, hazırlıqsız düşdüyü, itib-batdlğı və ya onu qeyri-mükəmməl hiss etdirəcək başqa bir vəziyyət yarat.

Hekayənin mənəvi tərəfini inkişaf etdir

Hekayən bizi oyatmaqmı istəyir? Əla. Amma unutma ki, həmin o bizə vermək istədiyin mesajı moizəyə, mühazirəyə çevirsən, oxucuların sənə qarşı ürəyi bərkiyəcək.

Buna yol verməmək üçün elə et ki, hekayən oxucular üçün yox, sənin özün üçün dərs olsun.

Hekayədə müəllim sən yox, süjetin olmalıdır. Bəs tələbələr? Tələbələrsə qoy oxucuların yox, xarakterlərin olsunlar.

XS
SM
MD
LG