Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:36

Cihadçı John “ölüm siyahısında” birincidir


Müxalifət və bir sıra insan haqları təşkilatları Britaniya vətəndaşı olan cihadçılara qarşı pilotsuz təyyarə zərbələrinin hüquqiliyini şübhə altına alırlar

Londonda çıxan “The Telegraph” qəzeti bildirtib ki, Qərbdə “Cihadçı John” kimi tanınan İŞİD döyüşçüsü dron zərbəsi ilə hədəflənəcək 5 nəfərlik siyahıda birincidir.

Qəzetin yazdığına görə “Cihadçı John” adlı ekstremist baş nazir David Cameron tərəfindən imzalanmış “hədəf siyahısı”nda birincidir.

Ötən ay Suriyada keçirilmiş pilotsuz təyyarə əməliyyatının gedişində İslam Dövləti adlanan təşkilatın sıralarında vuruşan üç Britaniya vətəndaşı öldürülüb.

Təbəə qəsdi

Britaniyanın baş naziri parlamentdəki çıxışında bu şəxslərin məhv edilməsinə şəxsən göstəriş verdiyini və bu xüsusda ölkənin baş prokuroru ilə məsləhətləşmə apardığını bildirib.

Baş nazir David Cameron deyib ki, cihadçılar kraliça 2-ci Elizabeth-i hədəfləyibmişlər
Baş nazir David Cameron deyib ki, cihadçılar kraliça 2-ci Elizabeth-i hədəfləyibmişlər

Baş nazir iddia edib ki, 21 yaşlı Reeyad Xan və Ruhul Amin Britaniyada terrorçu basqın hazırlayırmışlar. Üçüncü Britaniya cihadçısı Junaid Hussain Amerikanın piltosuz təyyarəsi tərəfindən öldürülüb.

Onun sözlərinə görə, hazırlanan basqınlarda Britaniya kraliça ailəsinin hədəflənməsi nəzərdə tutulmuşdu.

Müdafiə naziri Michael Fallon deyib ki, Britaniya bundan sonra da ölkənin təhlükəsizliyinə qəsd edənlərə dron zərbələrinin endirilməsini davam etdirəcək.

"İŞİD cəlladı" gizlənib

Britaniya hökuməti “məhv edilməli terrorçuların hər hansı siyahısının” mövcud olduğunu inkar edib, lakin müdafiə naziri qarşıdan gələn həftələrdə daha bir neçə şəxsin hədəflənə biləcəyini söyləyib.

Britaniya istehsallı dronlardan Watchkeeper (Arxiv)
Britaniya istehsallı dronlardan Watchkeeper (Arxiv)

Parlament tərəfindən qəbul edilmiş qərara görə, Britaniya silahlı qüvvələrinə yalnız İraqda zərbələr endirmək icazəsi verilib.

Mətbuat yazır ki, sözü gedən siyahıda girovların başlarını kəsərək edam etməklə ad çıxarmış “İŞİD cəlladı”, 26 yaşlı Mohammed Emwazi əsas hədəfdir.

İŞİD-in videolarında daim maska ilə görünən bu şəxs dünya mətbuatında “Londonlu cihadçı John” kimi tanınır.

Baş nazir David Cameron onun ələ keçirilərək ədalət qarşısına çıxarılması üçün şəxsən vəd verib.

Mətbuat yazır ki, kimliyi açıqlanandan sonra Emwazi gizlənib.

"Supermarket cihadçısı"

“Qətl siyahısı”nda həmçinin əvvəllər “Morrissons” supermarketində çalışmış Omar Hussain-in də olduğu xəbər verilir. O mətbuatda “supermarket cihadçısı” kimi təqdim olunur.

Bununla belə, Britaniya mətbuatı bildirir ki, “fərdi dron zərbələri” Cameron və onun hökuməti üçün başağrısına səbəb ola bilər.

İstər müxalifət, istərsə də bir sıra insan haqları təşkilatları cihadçılara qarşı pilotsuz təyyarə zərbələrinin hüquqiliyini şübhə altına alırlar

Artıq indinin özündə istər müxalifət, istərsə də bir sıra insan haqları təşkilatları cihadçılara qarşı pilotsuz təyyarə zərbələrinin hüquqiliyini şübhə altına alırlar. Onlar bildirirlər ki, söhbət adi ekstremistlərdən yox, Britaniya vətəndaşlarından gedir.

Övladları Suriyada İŞİD sıralarına qoşulan bir çox müsəlman ailələr də narahatlıq bildirməyə başlayıblar.

Kollektiv düşmənlə tək düşmənin fərqi

Hökumətin tənqidçiləri öldürülən şəxslərin həqiqətən də Britaniyaya qarşı terror aktı hazırladığını isbat edən gizli kəşfiyyat sənədlərinin açıqlanmasını tələb edirlər.

Sun qəzeti baş nazirə təşəkkür bildirib
Sun qəzeti baş nazirə təşəkkür bildirib

Ekspertlər isə bildirirlər ki, bu hadisələr hökumət üçün doğrudan da problemə çevrilə bilər. Onların dediyinə görə, “kollektiv düşmənə” qarşı zərbələr müharibə qanunları ilə legitim sayılsa da, ayrı-ayrı şəxslərin konkret hədəflənməsi artıq hüquqi müstəviyə çıxır.

Bu arada ölkənin bulvar mətbuatı baş naziri cihadçıların hədəflənməsinə görə təqdir edən yazılarla çıxış edirlər.

Geniş oxucu ordusuna malik “The Sun” qəzetinin ön səhifəsində öldürülmüş cihadçıların şəkilləri, şəkillərin altında isə “Sağ ol, Cameron” təşəkkürü dərc olunub.

XS
SM
MD
LG