Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:13

E.Məmmədyarov: "Cəfəng və təhqiramiz ifadələrdir"


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

►“Bu qətnamə ikitərəfli münasibətlərə ciddi zərbə vurub. Tələsik şəkildə qəbul olunan bu sənəddə Azərbaycana qarşı qərəzli və böhtan xarakterli iddialar irəli sürülür.

Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd, etik normalardan kənar, cəfəng və təhqiramiz ifadələr işlədilir ki, bu qəbuledilməzdir".

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər naziri Ferudun Sınıroğlu ilə keçirdiyi mətbuat konfransı çərçivəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib:

"Belə bir qətnamənin qəbulu heç bir diplomatik məntiqə sığmır. Azərbaycan müstəqil və suveren ölkədir. Heç bir suveren dövlət diktə və siyasi təzyiq tərzli davranışı qəbul edilə bilməz".

Elmar Məmmədyarov Avropa Parlamentinə tövsiyə edib ki, dəyərlərdən danışırsa, bütün Avropanı bürüyən daha ciddi problemlər, "o cümlədən irqi ayrı-seçkilik, ksenofobiya, şovinizm, İslamafobiya, radikalizm, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış" kimi məsələlərlə məşğul olsun.

Buna da bax: Xanım müxbirləri "Bandotdel"ə apardılar

O təəssüflənib ki, Avropa Parlamenti özündə cəsarət tapıb miqrant ailəsindən olan azyaşlı uşağın faciəli ölümünün mətbuat azadlığı adı altında karikatura obyektinə çevirərək məzxərəyə qoyulmasını müzakirə etmir və buna münasibət bildirmir.

Elmar Məmmədyarov sonda deyib ki, hər hansı bir təsisat Azərbaycanla münasibətdə bu cür qeyri-etik ifadə formasını seçirsə, Azərbaycan tərəfdən də adekvat və qeyri-adekvat formada cavabını alacaq.

XS
SM
MD
LG