Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:30

Qalmaqallı işləri aparan müstəntiqlərə medal verildi


Baş Prokurorluqda kollegiya iclası - 2014.
Baş Prokurorluqda kollegiya iclası - 2014.

-

Prezident İlham Əliyev sentyabrın 30-da Baş Prokurorluğun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, onlar «Azərbaycanda qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizə aparılmasında, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə» təltif olunurlar.

Siyahıya nəzər salanda məlum olur ki, son illərdə Azərbaycandakı səs-küylü həbslərlə bağlı işlərin istintaqını aparmış müstəntiqlər də prezidentin diqqətinə layiq görülənlər sırasındadır. Məsələn, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Sənan Paşayev. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunanlar arasında onun da adı var.

Sənan Paşayev hazırda həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl, həmçinin AzadlıqRadiosunun fəaliyyəti ilə bağlı istintaqı aparmış müstəntiqlərdən biridir. Ötən il dekabrın 26-da radionun Bakı bürosunun ofisində axtarış-möhürlənmə işində o da iştirak edirdi.

Xədicə İsmayılın işi üzrə istintaqda iştirak edən daha bir müstəntiq – Orxan Babayev də təltif olunanlardandır. O da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşıdır. Vəkil Yalçın İmanovun Xədicə İsmayılın hüquqlarının müdafiəsindən uzaqlaşdırılması məsələsini də məhkəmədə məhz bu müstəntiq qaldırmış və nəticədə vəkil prosesdən kənarlaşdırılmışdı.

29 NƏFƏR FƏRQLƏNDİ

Bu idarənin adı tez-tez mətbuatda hallanan müstəntiqlərindən biri də Qasım Məmmədovdur ki, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı alanların siyahısında o da var. Qasım Məmmədovun adı hələ 2013-cü ildə NİDA Vətəndaş Hərəkatı fəallarının həbsindən tutmuş, «Tolışi-sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov, jurnalist Rauf Mirqədirovadək bir çox səs-küylü istintaq işlərində keçir. Avqustda Mingəçevirdə etiraz aksiyası ilə bağlı işi aparan, həmçinin Meydan TV ilə əməkdaşlıq edən jurnalistləri sentyabrın əvvəllərindən başlayaq istintaqa cəlb edib dindirənlərdən biri də Qasım Məmmədovdur.

Keçmiş deputat Gülər Əhmədovanın işi üzrə istintaqı aparmış Bakı Şəhər Prokurorluğunun müstəntiqi Emzar Qocayev də «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülənlərdən biridir.

Təltif olunanların tam siyahısı

«İgidliyə görə» medalı ilə:

Abdullayev Abdulla Həndəm oğlu

Bayramlı Qəzənfər Məmməd oğlu

Qubadov Səyyaf Mövsüm oğlu

Muradov Namiq Səyavuş oğlu

«Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə:

Abbasov Müşfiq Elman oğlu

Ağayev İsmayıl Ramiz oğlu

Aslanov Ədalət Kərəm oğlu

Azadəliyev Seyhun Cəbrayıl oğlu

Babayev Orxan Zahid oğlu

Əliyev Aydın Zöhrab oğlu

İsmayılov Tahir Sabir oğlu

Qafarov Ramiz Surxay oğlu

Qasımlı Mehman Balamirzə oğlu

Qocayev Emzar Eldar oğlu

Məmmədov Qasım Yasin oğlu

Mirzəyev Rəşad Ziyafət oğlu

Musayev Elnur Novruz oğlu

Musayev Fuad Möhübbət oğlu

Paşayev Sənan İsa oğlu

Rəhimov Daşqın Hidayət oğlu

Rüstəmov Xəyyam Yaqub oğlu

Rzayev Səttar Firid oğlu

Səfərov Faiq Rəsul oğlu

Süleymanov Rəfael Mürşüd oğlu

Şıxəliyev Nihad Ənvər oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Rəcəbov Nazim Hafiz oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi.

Abbasov Elşən Akif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi.

Məcidov Ramil Abbas oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi

Məmmədov Anar Rəhim oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi.

XS
SM
MD
LG