Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:02

“Köçəri” erməni rəqsi kimi tanınmadı


Erməni qızları rəqs edir
Erməni qızları rəqs edir

►Ermənistanın müraciətinə "yox" deyildi

Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına təqdim edilmiş “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı həmin qurumun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilməyib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, dekabrın 1-də komitənin 10-cu sessiyasında ölkələr tərəfindən siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara baxılmasına başlanıb.

Bundan öncə, UNESCO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirib və hər ölkənin təqdim etdiyi fayla dair rəyini bildirib. Ermənistan tərəfin təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” tələb olunan beş kriteriyaya görə mənfi rəy alıb.

Xəbərdə deyilir ki, Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləyib və nominasiya faylının Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Buna da bax: Baş prokurorun oğlunun şübhəli biznesi

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə “Köçəri, ənənəvi qrup rəqsinin” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanı Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib.

Xatırladaq ki, Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 10-cu sessiyasında Azərbaycanın «Lahıc misgərlik sənəti» UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

UNESCO-nun 10-cu sessiyası 30 noyabr-4 dekabr tarixlərində Namibiya Respublikasının paytaxtı Vindhukda keçirilir.

Erməni toyunda "Köçəri" rəqsi

​Azərbaycan toyunda "Köçəri" yallısı

XS
SM
MD
LG