Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Bu gündən AZAL-ın 3 ucuz qiymət rejimi var


►“Azərbaycan Hava Yolları” yeni tariflərə keçdi. Belə biletləri indidən almaq, amma fevralın 1-dən başlayaraq uçmaq olar.

"Azərbaycan Hava Yolları" (AZAL) büdcə tarifi üzrə hər iki tərəfə yeni aviabilet qiymətlərini açıqlayıb. Yanvarın 15-dən satışı başlanan biletlərlə fevralın 1-dən uçmaq mümkün olacaq.

AZAL-ın mətbuat xidmətində AzadlıqRadiosuna deyiblər ki, yeni tariflər Azərbaycan hava limanlarından olan uçuşlara şamil edilir.

Bakı-Tbilisi-Bakı – 99 avro

AZAL sərnişinlərə tələbatın daha yüksək olduğu 8 ölkənin 17 hava limanına uçuşlarında 3 ekonom sinif qiymətləri - “Budget”, “Discount” və “Comfort”u tətbiq edir.

"Budget" tarifi üzrə Bakıdan Tbilisiyə 69 avroya, hər iki istiqamətə 99 avroya, Tehran, Aktau və Mineralnıye Vodıya – 79 avroya, hər iki istiqamətə isə 99 avroya gedib-gəlmək mümkün olacaq.

Moskvanın "Domodedovo" və “Vnukovo” hava limanlarına Bakıdan birtərəfli uçan sərnişinlər 89 avro, həmin aeroportların xidmətindən geri dönərkən yararlananlarsa ikitərəfli uçuşa 129 avro ödəyəcəklər. Bakıdan Kazana da 129 avroya gedib-qayıtmaq olar. Amma Kazana "Budget" tarifi ilə uçan sərnişin 99 avro ödəməlidir.

Buna da bax: Qubada etiraz aksiyası keçirilir

“Obaş-bubaş” biletə - əlavə 40 avro

89 avroluq tariflə Bakıdan Türkiyəyə - İstanbulun "Sabiha Gökçen" və Alanya hava limanlarna uçmaq imkanı olacaq. “Obaş-bubaş” biletə əlavə 40 avro ödəmək lazım gələcək.

AZAL təyyarələri ilə "Budget" tarifi üzrə İstanbulun “Atatürk” hava limanına, Antalyaya və Dubaya da 139 avroya gedib-gəlmək mümkün olacaq. Bu istiqamətlərdə birtərəfli uçuşun qiyməti isə 99 avrodur.

“Budget” tarifi Ankara, Kiyev, Minsk, Sankt-Peterburq və Lvov şəhərlərinə də keçərlidir. Bu şəhərlərə gediş-gəliş bileti 149 avrodan 199 avroyadək dəyişir.

Biletlər məhdud saydadır və ayrıca reys yoxdur

Ancaq AZAL xəbərdarlıq edir ki, “Budget” tarifi üzrə ayrıca təyyarə reysləri olmayacaq və biletlər məhdud sayda satılacaq.

“Budget”, “Discount” və “Comfort” tarif qaydalarını seçən müştərilərə təyyarədə yemək verilməyəcək. Onlara yalnız çəkisi 8 kiloqramadək əlyükü daşımağa icazə verilir.

Ekonom paket biletli sərnişinlər çəkisi 23 kq-ı aşmayan bir baqaja görə, uçuşdan, ən azı, 12 saat öncə 20 avro ödəyəcək. Göstərilən vaxtdan gec ödəyənlər 5 avro əlavə xərcə düşəcək.

Buna da bax: Neftin qiyməti 30 dollardan da aşağı düşdü

Yeni qiymətlərin özəllikləri

Üç büdcə tarifinin ayrıca özəllikləri də var. Məsələn, “Budget” tarifindən yararlananlar bileti öncədən “bron” etməlidirlər. Üstəlik, onu dəyişmək və ya geri qaytarmaq mümkün olmayacaq.

“Discount” tarifindən yararlananlar 40 avro cərimə ödəməklə uçuşadək aviabileti geri qaytara və ya vaxtını dəyişdirə biləcək.

“Comfort” tarifindən istifadə edənlər uçuşadək bileti cəriməsiz qaytara, yaxud dəyişə bilərlər, amma uçuş vaxtına geciksələr, bundan ötrü bəlli cərimə ödəməli olacaqlar.

İsti yeməyi öncədən sifariş verməlisən

Ucuz tariflərdən yararlanan sərnişinlərin bilet alarkən, öncədən isti yemək sifariş verməsi mümkündür. www.azal.az saytı üzərindən sifariş verdiyi halda, bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verilə bilər. Yemək sifariş vermiş sərnişin təyyarədə soyuq qəlyanaltı və içki seçmək imkanı da əldə edəcək.

XS
SM
MD
LG