Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 04:30

İran Rusiyadan 8 milyard dollarlıq silah almaq istəyir


Rusiya və İranın müdafiə nazirləri Sergei Shoigu (solda) və Hossein Dehghan
Rusiya və İranın müdafiə nazirləri Sergei Shoigu (solda) və Hossein Dehghan

İran rəsmiləri bəyan ediblər ki, Tehran Rusiyada istehsal olunmuş silahların alınmasına 8 milyard dollar xərcləmək niyyətindədir.

İran rəsmiləri bəyan ediblər ki, Tehran Rusiyada istehsal olunmuş silahların alınmasına 8 milyard dollar xərcləmək niyyətindədir.

ABŞ-ın “The Washington Free Beacon” saytı xəbər verir ki, bura Rusiyanın illərdən bəridir satmağa çalışdığı hava hücumundan müdafiə raket sistemləri də daxildir.

Bu da qeyd olunur ki, nüvə sazişinin dərhal ardınca Qərb banklarındakı İran pulları üzərindən həbsin ləğv olunması ilə Tehran silahlanmaya böyük məbləğlər xərcləməyə hazırdır.

“Silah zənbili üçün bazarlıq siyahısı”

Hazırda İranın müdafiə naziri Hossein Dehghan Moskvada Rusiya rəsmiləri ilə danışıqlardadır.

İranın dövlət mediasında yayılan xəbərlərə görə, bu səfər zamanı iki ölkə arasında 8 milyard dollarlıq silah kontraktları imzalanmalıdır.

“The Washington Free Beacon” yazır ki, İran naziri artıq “silah zənbili üçün bazarlıq siyahısını” Kremlə təqdim edib.

İranın Fars xəbər agentliyi yazır ki, Dehghanın səfəri əsnasında “əsas silah sövdələşmələrinin sürətləndiriləcəyi gözlənilir”.

Tehran S-400 istəyir

“The Washington Free Beacon” xəbər verir ki, İran Rusiyadan hava hücumundan müdafiə üçün təkmil raket sistemləri almaq ümidindədir.

Bu da bildirilir ki, artıq bu səfərdən əvvəl də Moskva və Tehran arasında icrasını gözləyən çox sayda silah kontraktları imzalanıb.

İran Rusiyadan S-400 raket sisteminin son versiyasını almağa ümid edir
İran Rusiyadan S-400 raket sisteminin son versiyasını almağa ümid edir

Dehghan jurnalistlərə bildirib ki, “Tehran hərbi hava qüvvələri üçün döyüş təyyarələrinin alınmasında son dərəcə maraqlıdır”.

İran nümayəndə heyətinə yaxın mənbələrdən birinin məlumatına görə, Tehran Rusiyadan S-400 Triumph antitəyyarə sisteminin ən son versiyasını almaq istəyir.

Bu da xəbər verilib kİ, İran Su-30SM döyüş təyyarələrinin istehsalı üçün Moskvadan lisenziya almağa çalışır.

İran dövlət mediası xəbər verir ki, Tehran həmçinin Rusiyanın səyyar sahil müdafiəsi raket sistemi Bastion qurğusu ilə maraqlanır.

Bu sistemə Yaxont antigəmi raketləri, Mi-8/17 helikopterləri də daxildir.

Moskva Vaşinqtondan icazə almalıdır

Bu arada Rusiya bildirib ki, İran tərəfindən artıq pulu ödənmiş S-300 raket müdafiəsi sistemini Tehrana göndərməyə hazırlaşır.

İran və Rusiya habelə sərnişin təyyarələri sahəsində əməkdaşlıq barədə danışqılar prosesindədir.

Rusiya mənbələrinin verdiyi məlumata görə, İran Rusiyadan 100-dək yaxınmənzilli təyyarə almaq niyyətindədir.

Su-30 təyyarələri də İranın "bazarlıq siyahısı"ndadır
Su-30 təyyarələri də İranın "bazarlıq siyahısı"ndadır

Bu da xəbər verilir ki, Moskva ilə əməkdaşlıq bir sıra ehtiyat hissələrinin İranda istehsalına imkan yaratmalıdır.

“The Washington Free Beacon” yazır ki, bütün bunlar İran və dünya gücləri arasında nüvə sazişinin imzalanması ilə reallığa çevrilib.

Bununla belə, Rusiyanın United Aircraft Corporation şirkətinin rəhbəri Vladislav Masalov Fars agentliyinə bildirib ki, bir sıra təyyarə hissələri ABŞ-da istehsal olunur və müəyyən sazişlərin imzalanması üçün Vaşinqtondan icazə alınması lazımdır.

İran silahları yox, xalqını düşünməli idi

Keçmiş Pentaqon müşaviri və antiterror təhliçisi Michael Rubin deyib ki, İranın silah sazişləri sahəsində belə erkən fəallığına Obama administrasiyasının İran üzərindən sanksiyaları erkən qaldırması imkan yaradıb.

Rubinin fikrincə, İranın maliyyə aktivləri üzərindən həbsin dərhal qaldırılması səhv addım olub.

O deyib ki, İranla nüvə sazişi 10-15 illiyinə imzalanırdısa, Tehranın aktivləri də həmin müddət ərzində tədricən və hissə-hissə açılmalıydı.

Müşavir bildirib ki, John Kerry bunu bilərkdən edib, çünki o, növbəti ABŞ administrasiyasına İranla nüvə sazişinin əngəlləməsi imkanını vermək istəməyib.

Rubin əlavə edib ki, İranın pulları üzərindən həbs tələsik silah alınması üçün yox, onun öz xalqına kömək etməsi məqsədilə qaldırılıb.

Müşavir söyləyib ki, yaxın gələcəkdə İran Çindən də silahlar almağa çalışacaq.

XS
SM
MD
LG