-
Rusiya, müqaviləyə uyğun olaraq, strateji tərəfdaşı olan Azərbaycana silah göndərməkdə davam edəcək.
İTAR-TASS-ın məlumatına görə, Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitry Rogozin belə deyib.
AZƏRBAYCANA SİLAH TƏDARÜKÜ GƏLƏN İL BAŞA ÇATACAQ?
Ötən ilin əvvəlində məlum olmuşdu ki, Rusiya Azərbaycana T-90C tanklarının göndərilməsini bitirmək üzrədir. Daha öncə «Rosoboronexport»dan bildirilmişdi ki, Rusiya 2010-cu ildə bağlanmış sazişlər üzrə silah və texnika göndərişini 2017-ci ildə başa çatdıracaq. Söhbət üç batalyonluq T-90C tankından və üç batalyonluq BMP-3 (100-əyaxın maşın), eləcə də özüyeriyən artilleriya, reaktiv atəş və ağır odsaçan sistemlərə dair müqavilədən gedir.
Azərbaycan təmir-evakuasiya və mühəndis maşınları da alıb.
Ekspertlər müqavilə paketinin1 milyard dollar civarında olduğunu deyirlər.
Açıq mənbələrin məlumatına görə, 2010-cu ildə Rusiyadan Azərbaycana 24 ədəd Mi-35M hərbi helikopteri göndərilməsi barədə müqavilə imzalanıb.
RUSİYA SANKİ ERMƏNİSTANA «BORC GÖTÜR, SİLAHIMI AL» DEYİR
Rusiya Ermənistana da silah satır.Ermənistana silah satmaq üçün bu ölkəyə 200 milyon dollar dəyərində kredit də ayrılıb. Həmin məqsədlə iki ölkə arasında bu il fevralın 19-da saziş də imzalanıb.
Razılaşma çərçivəsində Rusiya Ermənistana «Smerç» raket sistemləri, «İgla-S» zenit kompleksləri, «Avtobaza-M» radiotexniki kəşfiyyat qurğuları, «TOS-1A» ağır odpüskürən sistemlər, 9М113М idarəolunan raketlər, RPQ-26 qumbaraatanları və s. satır.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin: