Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:29

Cəbhədə son iki gündə nə baş verir?..


Tərtərin Şıxarx kəndinə bir evə düşmüş mərminin izləri... (24 aprel, 2016)
Tərtərin Şıxarx kəndinə bir evə düşmüş mərminin izləri... (24 aprel, 2016)

-

Tərtər sakini: «Səhərə qədər gözümüzü yummadıq»

«Artilleriya zərbələri dəyən cəbhəyanı kəndlərdən qismən, bir də rayonda mərmilər düşən yerlərdən əhali maşınları ilə bir az kənarlaşırdı. Ancaq təxminən 1-2 saatdan sonra yenə hamı evlərinə qayıtdı»

«Gecə saat 1 radələrindən təxminən səhər saat 5-ə qədər, bəlkə də çox, erməni tərəfdən intensiv artilleriya atəşi oldu. Tərtərin cəbhəyanı kəndlərində azı 20 ev dağılıb. Rayon mərkəzinə də mərmilər düşürdü. İriçaplı silahlardan atəş açırdılar, camaat arasında narahatçılıq vardı. Ancaq bu narahatçılıq qorxu deyildi, evindən çıxmaq fikri yox idi».

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

Qaçmaq əhval-ruhiyyəsi yoxdur

Tərtər sakini Xaqani Məmməd AzadlıqRadiosu-na danışır ki, rayon əhalisi aprelin 26-da səhərə qədər atışmadan gözünü yummayıb. Davamlı atəşə məruz qalan evlərdən çıxsalar da, bir neçə saatdan sonra hamı evinə qayıdıb:

Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

«Artilleriya zərbələri dəyən cəbhəyanı kəndlərdən qismən, bir də rayonda mərmilər düşən yerlərdən əhali maşınları ilə bir az kənarlaşırdı. Ancaq təxminən 1-2 saatdan sonra yenə hamı evlərinə qayıtdı. Düzdür, narahatçılıq var, müharibə gedir, hər şey ola bilər. Ancaq qaçmaq əhval-ruhiyyəsi yoxdur. İndi hər şey axarında gedir».

Atışma səslərindən qulaq tutulurdu

Tərtərin həm kəndlərində, həm də rayon mərkəzində yaşayan sakinlər də deyir ki, 4 saatdan çox çəkən atışmaya görə gözlərinə yuxu getməsə də, səhər hamı işinə-gücünə qayıdıb:

– Çox dəhşətli atışma oldu. Gecə 1-dən düz 5-ə qədər atırdılar. Atışma səslərindən qulaq tutulurdu. Kəndlərə də atırdırlar, Tərtərin özünə də atırdılar. İndi sakitçilikdir.

– Gecənin bir aləmi qarşı tərəfdən güclü atəş başladı. Sonra bizimkilər də cavab atəşi açdılar, səhərə yaxın onları susdurdular. İndi vəziyyət yaxşdır.

– Atəş onlar tərəfdən başladı, ta səhərə qədər. Ancaq camaat evində-eşiyindədir, torpğımızla, işimizlə məşğuluq.

– Güclü olmağına çox güclü atışma idi. Ancaq camaat evindən çıxmayıb. Evimizdən niyə çıxmalıyıq ki?

Müdafiə Nazirliyi: 20 ev dağılıb

Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 26-da saat 01.05-dən başlayaraq 04.25-dək erməni silahlı bölmələri Tərtər şəhəri və rayonun ərazisini, eləcə də Qapanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan, BM-21 21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, atışma nəticəsində rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

Müdafiə naziri Zakir Həsənov da aprelin 26-da Tərtərə gedib, nazir ziyan dəyən evlərə baş çəkib.

Tərtər rayon icra hakimiyyətinin sektor müdiri Murad Səfərov AzadlıqRadiosu-na deyib ki, gecə güclü atışma olsa da, əhalinin əhval-ruhiyyəsi yüksəkdir:

Gözlə

No media source currently available

0:00 0:00:04 0:00
Direct-ə keçid

«Hər şey qaydasındadır, heç bir narahçılıq yoxdur. Camaatın da əhval-ruhiyyəsi çox yüksəkdir».

Rusiya sülhməramlılarını gətirmək istəyir

Humanitar Tədqiqatlar ictimai birliyinin rəhbəri, hərbi məsələlər üzrə mütəxəssis Əvəz Həsənovun sözlərincə, indi Ermənistan hakimiyyəti Qarabağ cəbhəsində itirilmiş mövqelərini qaytarmaq istəyir:

Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

«Çünki bu, Ermənistanda ciddi antirusiya meyllərinin artmasına gətirib çıxarıb. Bu da rəhbərliyə lazım deyil. Çünki Ermənistan hakimiyyəti indiyə kimi daha çox rusiyameylli siyasətin nəticəsində özünü qoruyub. Buna görə də onlar itirilmiş mövqeləri qaytarmaq və bununla da Ermənistandakı əhval-ruhiyyəyə təsir göstərmək istəyirlər. Eyni zamanda, Rusiya tərəfi də Yerevana təzyiqlərini artırıb ki, müəyyən güzəştlərə getsinlər. Burda Azərbaycana da güzəştlərə getməklə bağlı təzyiqlər var».

Əvəz Həsənov deyir ki, Azərbaycan güzəşt təkliflərini qəbul etmədiyindən Rusiya Dağlıq Qarabağın hazırkı hakimiyyətinin əli ilə cəbhədə vəziyyəti gərginləşdirir. Həm Ermənistanı fakt qarşısında qoyur, həm də cəbhədə vəziyyət gərginləşdikcə sülhməramlı qüvvələrə ehtiyac yaranır: «Rusiyanın da əsas məqsədi əraziyə öz sülhməramlılarını yerləşdiməkdir».

«Yaxın iki-üç gündə gərginlik daha da artacaq»

Uzeir Cəfərov
Uzeir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, aprelin əvvəlində baş verən dörd günlük müharibədən sonra Ermənistandan Dağlıq Qarabağa əlavə texnika və qüvvələr gətirilib. Ötən gecə Tərtərdə baş verənlərə gəldikdə, ekspert hesab edir ki, bu, Ermənistan rəhbərliyinin hakimiyyətdə qalmasını təmin etməkdən ötrüdür:

«Sonuncu dəfə uzaqmənzilli Qrad və artilleriya mərmilərini də gətiriblər. Hətta o mərmilər Azərbaycanın Tərtər rayonunu, o cümlədən, Ağdamın yaşayış məntəqələrini də nəzarətdə saxlamaq imkanı verir. Amma Azərbaycanın o silahlardan daha güclü, daha müasir silahları var. Belə davam etsə, Azərbaycan təkcə onların ön tərəfdəki deyil, arxa qüvvələrini də sıradan çıxarmaqla bağlı qərar verəcək. Çünki keçən dəfə həmin silah-sursatdan o qədər də istifadə olunmamışdı. Ötən gecə Tərtər istiqamətində baş verənlərin qarşısını Azərbaycan hərbçiləri sərt şəkildə alıb. Yəqin ki, yaxın iki-üç gündə bu gərginlik daha da artacaq. Əgər gərginlik səngiyəcəksə, Ermənistanın indiki rəhbərliyinin sonunu yaxınlaşdıracaq. Ona görə də ermənilər bütün vasitələrdən istifadə edib cəbhənin müxtəlif istiqamətlərində, hətta indiyə qədər rast gəlmədiyimiz Tovuz-Qazax istiqamətində mülki vətəndaşlarımıza da iriçaplı silahlardan atəş açmağa davam edəcəklər».

Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

Qarşı tərəf də aprelin 26-a keçən gecəni təmas xəttindəki 4 günlük toqquşmalardan bəri ən ağır gün sayır, ötən gecə iki hərbçisini itirdiyini bildirir.

Azərbaycan hərbçilərinin artilleriya və hərbi texnikadan istifadə etdiklərini, mülki şəxslərdən isə heç kimin zərər çəkmədiyini söyləyirlər.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

Siqaret firmasının işçiləri etiraz edir

Amerikada yaşamaq, işləmək üçün nə lazımdır?

XS
SM
MD
LG