Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:00

ABŞ Fətullah Gülənlə bağlı tənqidlərə cavab verdi


John Kerry
John Kerry

►Gülən özü də açıqlama verdi

ABŞ Dövlət katibi John Kerry deyib ki, onun ölkəsi hələ ki, Türkiyədən Fətullah Gülənlə bağlı heç bir müraciət almayıb:

"Gözləyirik ki, cənab Gülən haqda bizə suallar veriləcək. Və əlbəttə ki, Türkiyə hökumətindən həmişə etdiyimiz kimi bizə ittihamların təsdiqi olaraq tutarlı sübut təqdim etməsini xahiş edəcəyik. Birləşmiş Ştatlar onları qəbul edəcək, araşdıracaq və münasib qərar verəcək".

Türkiyə liderləri sonuncu dövlət çevrilişinə cəhdin arxasında ABŞ-da, Pensilvaniyada mühacir həyatı yaşayan türkiyəli ruhani Fətullah Gülənin dayandığını iddia edirlər.

Fethullah Gulen
Fethullah Gulen

Baş nazir Binali Yıldırım iyulun 16-da keçirdiyi mətbuat konfransında Güləni "terror şəbəkəsinin rəhbəri" adlandırıb.

Deyib ki, belə bir şəxsin arxasında duracaq ölkə "dost ölkə deyildir və Türkiyəyə qarşı savaşın içindədir".

HaberTürk yazır ki, F.Gülən çevriliş cəhdini "güclü şəkildə" qınadığını söyləyib.

Onun sözlərinə görə, "hakimiyyətə gəlmək zorla deyil, dinc yolla, seçki yolula olmalıdır".

Reuters-in xəbərinə görə, Gülən çevriliş cəhdində əli olduğuna dair ittihamları "qəti şəkildə" rədd etdiyini bildirib.

"Bir neçə hərbi çevriliş görmüş adam kimi xüsusən belə bir məsələdə ittiham edilmək alçaldıcıdır".

İyulun 15-dən 16-a keçən gecə Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib, 161 nəfər öldürülüb. 1500-cən insan yaralanıb.

Hökumət qiyamda iştirak edən 3000-ə şəxsin həbs edildiyini, 20-nin öldürüldüyünü deyir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2013-cü ildəki dinləmə qalmaqlının da arxasında Gülənin dayandığına işarə etmişdi.

Vaxtilə Ərdoğan və Gülən müttəfiq olublar. Aşağıdakı videoda Ərdoğan Fətulla Gülənə "möhtərəm hoca" deyir.

Gülən siyasətlə məşğul olmadığını dəfələrlə bəyan edib. O, 1999-cu ildə ABŞ-a müalicəyə gedib, ondan sonra Türkiyəyə qayıtmayıb.

Buna da bax: Qəzzada Türkiyəyə dəstək aksiyası

Qəzzada Türkiyəyə dəstək aksiyası
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

XS
SM
MD
LG