Bu gün Bakıda turistlər qutab bişiriblər.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yaydığı xəbərə görə, təşəbbüs bu qurumun və Karvansara Restoran Kompleksinin birgə layihəsi əsasında gerçəkləşdirilib.
Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.
Buna da bax: Azərbaycana gələn ovçu-turistlər hansı heyvanları xoşlayır? [fotolar]
İlk gün Kompleksə gələn 200-dən çox turist üçün kulinar ustad saatları keçirilib.
Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəxin ən ləzzətli yeməklərindən olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutab bişirmək üçün şərait yaradılıb.
Qutabbişirmə prosesini qonaqlar maraqla qarşılayıb.