Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:13

Erdogan-dan Berlinə Gulen çağırışı


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan Almaniyanı çağırır ki, Birləşmiş Ştatlarda mənzillənən Fethullah Gulen hərəkatını terrorçu təşkilat hesab eləsin.

Ankara Guleni 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamları rədd edir.

Berlinə səfəri öncəsi “Frankfurter Allgemeine Zeitung” qəzetinin vebsaytında dərc olunmuş məqaləsində Erdogan yazır ki, NATO-nun bu iki müttəfiqi Birləşmiş Ştatların “ehtiyatsız ticarət müharibəsi”ni başladacaq “məsuliyyət siyasəti”ni önləməlidir.

Fethullah Gulen Pensilvaniyada evində
Fethullah Gulen Pensilvaniyada evində

"YENİ SƏHİFƏ"

Erdogan onu da vurğulayır ki, Almaniyadan qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK), həmçinin Gulen hərəkatına mübarizəsinə dəstək istəyir.

Türkiyə prezidenti Almaniya və Türkiyənin gərgin diplomatik münasibətlərində “yeni səhifə” çevirmək istədiyini də qeyd edir.

“Münasibətlərimizi birgə maraqlarımıza söykənərək, irrasional qorxulardan uzaq şəkildə irəli aparmaq üçün məsuliyyət daşıyırıq”, – Türkiyə prezidenti “Almaniyadan gözləntilər” başlıqlı məqalədə yazır.

Erdogan Berlinə bu gün – sentyabrın 27-də gedir. Onun Almaniya ilə yaxınlaşmaya doğru səylər edəcəyi gözlənir. Türkiyə lideri Birləşmiş Ştatlarla gərginlik yaşandığı bir dönəmdə Avropayla fikir ayrılıqlarını yoluna qoymağa çalışır.

Son vaxtlar Türkiyədə lirə kəskin ucuzlaşıb, iqtisadi problemlər ortaya çıxıb.

Erdogan-ın avtoritar idarəçiliyi gücləndirməsi, 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra Türkiyədə narazıların susdurulması Ankara-Berlin münasibətlərində gərginlik yaradıb.

XS
SM
MD
LG