Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:56

Musk-ın Starlink peykləri orbitə qaldırılıb


Falcon 9 raketi
Falcon 9 raketi

Milyarder Elon Musk-ın SpaceX özəl raket şirkəti dünən – mayın 23-də Yerətrafı orbitə 60 kiçik peyk çıxarıb. Bu peyklər Musk-ın yeni Starlink internet xidməti üçün nəzərdə tutulub.

Musk bu biznes layihəsinin kosmosla bağlı daha böyük ambisiyaları üçün pul gətirəcəyinə ümid edir.

Peykləri daşıyan Falcon 9 raketi Cape Canaveral Hava Qüvvələri Stansiyasından yerli vaxtla gecə 11-in yarısında qalxıb.

***Buna da bax: Musk yenə tvitilə özünə problem yaradıb – Qərb mediası

60 peyk orbitə planlaşdırıldığı kimi, Yerdən start götürəndən bir saat sonra buraxılıb. Falcon 9 Yerə qayıdıb, Atlantik okeanında üzən katerə uğurlu eniş edib.

SpaceX bildirib ki, peyklərin hamısının normal işlədiyini yoxlamağa bir gün lazımdır. Onların hər birinin çəkisi 227 kiloqramdır. Bu, SpaceX-in indiyədək səmaya qaldırdığı ən ağır yük sayılır.

Elon Musk
Elon Musk

Bu layihə çərçivəsində bütün dünyada müştərilərə ödəniş əvəzində sürətli internet verilməsi nəzərdə tutulur.

Musk deyib ki, Starlink xidmətini Kaliforniyada mənzillənən Space Exploration Technologies (SpaceX) şirkəti üçün mühüm gəlir mənbəyi kimi görür, ilkin olaraq ilə 3 milyard dollar gəlir gətirəcəyini gözləyir.

Marsda şəhər, Ayda baza...

Milyarder ötən həftə jurnalistlərə deyib ki, Starlink-in gələcəkdə daha böyük məqsədlərini maliyyələşdirəcəyini düşünür. Onun yeni kosmik gəmi hazırlayaraq müştəriləri Aya daşımaq, Marsda məskən salmaq kimi planları var.

“Düşünürük ki, bu, Marsda özünü saxlayan şəhər və Ayda baza qurmaq yolunda bir tramplindir”, – milyarder vurğulayıb.

Musk həm də Tesla Inc. elektromobil şirkətinin rəhbəridir.

SpaceX bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmışdı
SpaceX bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmışdı

Musk-ın sözlərinə görə, bütün dünyanı əhatələyən daimi internetə malik olmaqdan ötrü orbitə azı 12 oxşar yük göndərilməlidir. Hazırda Starlink yalnız ABŞ-da fəaliyyət göstərə bilir.

Bu sahədə Musk-a kəskin rəqabət var. Airbus SE-nin dəstəklədiyi OneWeb fevralda orbitə öz peyklərini çıxarıb. LeoSat Enterprises və Kanadanın Telesat şirkətiləri də data şəbəkələrinin qurulması üzərində işləyir.

***Buna da bax: SpaceX kapsulanın dağıldığını təsdiqləyib

Şəbəkələrin hər birində kiçik peyklər ənənəvi kommunikasiya peykləri ilə müqayisədə Yerə daha yaxın yerləşirlər.

Musk deyib ki, SpaceX bu ilin sonu, yaxud gələn ildən müştərilərlə işləməyə başlayacaq. Hər il orbitə 2 minədək, ümumilikdə isə 12 minədək peykin buraxılması planlaşdırılır.

XS
SM
MD
LG