Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:14

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Bakıda seçkilər. 9 fevral 2020
Bakıda seçkilər. 9 fevral 2020


Məzahir Pənahov: 'Tarixi gündür'

Bu gün, fevralın 9-u səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M. Pənahov deyib ki, fevralın 9-u Azərbaycanda tarixi gündür. O, parlament seçkilərinin 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə etdiyini, 1000 məntəqədə (ümumi məntəqələrin 18 faizi) vebkameraların quraşdırıldığını nəzərə çatdırıb.

MSK sədri əlavə edib ki, 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edə bilər.

M.Pənahovun bildirməsinə görə, səsvermə üçün 5 milyon 387 min 600 bülleten çap edilib. O qeyd edib ki, seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Onun habelə vurğulamasına görə, parlament seçkilərini izləmək üçün 77 min 790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparır. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

Səsvermə saat 19:00-da bitməlidir.

Seçkini izləyə bilmirlər

22 saylı Nəsimi ikinci seçki dairəsinin 23 saylı məntəqəsində müşahidəçilər səsvermə prosesini izləyə bilmədiklərini deyiblər.

29 saylı Səbail seçki dairəsində də müşahidəçilərə problem yaradıldığı bildirilir.

AzadlıqRadiosu Gəncədən də eyniməzmunlu şikayət alıb.

Deyilənlərlə rəsmi münasibət almağa çalışırıq.

Davamı

XS
SM
MD
LG