Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Gəncədə seçki məntəqəsində müşahidəçilərin yeri ilə bağlı mübahisə.

Gəncədə seçki məntəqəsində mübahisə
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Kəsik bülletenlər

124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd seçki dairəsindəki 14 saylı məntəqədə seçki yenicə başladıqda 5 seçicinin səsvermədə iştirak etdiyi açıqlanıb. Amma 40 bülletenin kənarının kəsildiyi bəlli olub.

Komissiya üzvləri bunun səbəbini izah etməyiblər.

Oxşar halın 76 saylı Lənkəran-Astara seçki dairəsinin 11 saylı məntəqəsində də baş verdiyi iddia edilir. Bu barədə müşahidəçilərdən biri bildirib.

«Turan» İnformasiya Agentliyinin əməkdaşı bəzi dairələrin bir sıra məntəqələrində onlarla bülletenin kənarlarının əvvəlcədən kəsilməsi ilə bağlı deyilənlərə Mərkəzi Seçki Komissiyasından (MSK) münasibət almağa çalışıb. MSK-dan bildiriblər ki, bu barədə onlara şikayət daxil olmayıb. Qurumdan qeyd ediblər ki, şikayət olarsa, mütləq araşdırılacaq.

Müşahidəçinin döyüldüyü bildirilir

76 saylı Lənkəran-Astara seçki dairəsinin 30 saylı məntəqəsində deputatlığa namizəd Xalid Bağırovun səs hüquqlu məşvərətçi və müşahidəçisi olan şəxsin döyülərək məntəqədən uzaqlaşdırıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna X.Bağırovun özü məlumat verib. İddiaya görə, müşahidəçi məntəqə seçki komissiyasının sədrinin təzyiqinə məruz qalıb.

76 saylı Lənkəran-Astara dairə seçki komissiyasının sədri Məzahir Əliyev isə «Turan» agentliyinə bu deyilənləri təkzib edib: «Mənə də bu barədə məlumat verdilər. Araşdırdım, məlumat yalan məlumatdır, şər və böhtandır».

MSK-dan müşahidəçinin döyülməsi ilə bağlı şikayətə münasibət

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli 76 saylı Lənkəran-Astara seçki dairəsinin 30 saylı məntəqəsində müşahidəçinin döyülməsi haqqında suala cavab verib. O vurğulayıb ki, bu məsələ ilə bağlı iddianı araşdırıb məlumat verəcəklər.

Barmağa mürəkkəb vurulması

77 saylı Astara seçki dairəsinin 18 və 24 saylı məntəqələrində səhər saatlarında elə də seçici fəallığı müşahidə edilməyib. 4 saylı məntəqədə isə hər seçicinin barmağına mürəkkəb vurulmadığı müşahidə edilib.

Amma həmin məntəqənin komissiya üzvləri deyiblər ki, bu məsələdə hər hansi problem yoxdur, onlar barmaqlara mürəkkəb vururlar.

Davamı

XS
SM
MD
LG