Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:54

Dünya Səhiyyə Təşkilatı həyəcan verir, lakin səfər qadağanı qoymur


Çində dezinfeksiya işi aparılır
Çində dezinfeksiya işi aparılır

Dünya Səhiyyə Təşkilatı (DST) yanvarın 30-da bəyan edib ki, Çindən yayılan koronavirus qlobal həyəcan vəziyyəti yaradıb, lakin buna görə beynəlxalq səfərlərə qadağan qoymağa ehtiyac yoxdur.

DST bu bəyanatı Çin virusdan ölənlərin sayının 170 nəfərə çatdığını bəyan etdikdən sonra verib.

Çində bu virusa yoluxanların sayı 7700 nəfərdir.

DST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus virusla bağlı həyəcanı təşkilatın Fövqəladə Komitəsinin iclasından sonra elan edib.

Hazırda virus 18 ölkənin ərazisində yayılıb.

Buna baxmayaraq Tedros Cenevrədə keçirdiyi mətbuat konfransında səfər və ya ticarət qadağanlarının qoyulmasına ehtiyac olmadığını bildirib.

***

Çinin Vuhan şəhərindən çıxarılan yüzlərlə vətəndaş müxtəlif ölkələrdə karantinə alınır. Çində 170 nəfərin həyatına son qoymuş virusun yayılmasının qarşısını almağa çalışırlar.

Yanvarın 30-da Tibetdə də yoluxma halı aşkarlanıb və artıq virusun Çinin hər bir regionuna yayıldığını söyləmək olar. Azı 16 başqa ölkədə də virus tapılıb.

Çinin səhiyyə rəsmiləri ölkə boyunca 7 min 700-dən çox adamın yoluxduğunu söyləyirlər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvarın 30-da yığışacaq, epidemiyanın qlobal təhlükə yaradıb-yaratmadığını müzakirə edəcək.

Son günlər virusun irəliləməsi, özəlliklə bəzi ölkələrdə, insandan insana keçməsi bizi narahat edir”, – ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib. O, Almaniya, Vyetnam, Yaponiyanı misal çəkib.

Virusun ötən ay Vuhanda diri heyvan bazarından qaynaqlandığı güman olunur. Vuhan ölkənin mərkəzindəki Hubey vilayətinin paytaxtıdır və indiyədək demək olar ölüm hallarının hamısı orada qeydə alınıb.

60 milyon nəfərin yaşadığı Hubey indi faktiki faktiki təcrid olunub.

Oyunlar, hava reysləri təxirə salınır

Avstraliya, Cənubi Koreya, Sinqapur və Yeni Zelandiya evakuasiya etdikləri vətəndaşlarını azı iki həftə karantində saxlayacaqlar. Birləşmiş Ştatlar və Yaponiya isə daha qısa müddətə könüllü təcrid planlaşdırır.

Çinin Futbol Assosiasiyası epidemiya səbəbindən ölkəiçi oyunların dayandırıldığını açıqlayıb. Ümumdünya Qapalı məkanda Atletika Çempionatı martda Çində keçirilməliydi, gələn ilədək təxirə salınıb.

“Reuters” agentliyi Çinə uçuşları dayandırmış böyük hava şirkətlərinin siyahısını dərc edib.

Bunlar Almaniyanın Lufthansa, Tanzaniyanın dövlətə məxsus Air Tanzania şirkətləri, American Airlines, British Airways, Finnair, Çikaqoda mənzillənən United, Air Canada, Çinin yurisdiksiyasında olan Honq Konqun Cathay Pacific Airways, İndoneziyanın Lion Air, Cənubi Koryanın Air Seoul, Hindistanın Air India şirkətləridir.

Bakı-Pekin-Bakı reysi də müvəqqəti dayandırılıb. Rəsmi məlumata görə, «Azərbaycan Hava Yolları» (AzAL) hər il fevral ayında Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti dayandırır. «Bu, qeyd edilən ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə bağlıdır», - aeroportdan bildirilib.

Açıqlamada daha sonra da yazılıb: «Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən başlayaraq yenidən fəaliyyət göstərəcək».

XS
SM
MD
LG