Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Vışeqrad Dördlüyü Azərbaycana da kömək edəcək


Avropa İttifaqı və Vışeqrad Dördlüyünə daxil olan ölkələrin bayraqlarından ibarət kollaj
Avropa İttifaqı və Vışeqrad Dördlüyünə daxil olan ölkələrin bayraqlarından ibarət kollaj

Şərqi Avropanın Vışeqrad Dördlüyü kimi tanınan ölkələr qrupuna daxil Macarıstan, Polşa, Slovakiya və Çex Respublikası koronavirus epidemiyası ilə mübarizədə həmrəylik olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkəyə dəstək layihəsinə başlayır.

Avropa İttifaqı ilə xüsusi münasibətləri olan ölkələrin Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna və Moldova daxildir.

Aprelin 8-də Şərq Tərəfdaşlığının gələcəyinə dair birgə verdikləri bəyanatda dörd ölkə bildirir ki, tərəfdaşlığın 6 üzvünə dəstək üçün 250 min avroluq 'V4EastSolidarity' adlı fövqəladə proqrama başlanır.

2009-cu ildə yaradılmış Şərq Tərəfdaşlığı proqramından məqsəd bura daxil ölkələrin Avropa İttifaqı standartlarına yaxınlaşdıırlmasıdır.

Bəyanatda bu altı ölkənin gələcəkdə Avropa İttifaqına üzvlüyü perspektivi barədə heç nə deyilməsə də, vurğulanır ki, “Şərq tərəfdaşları ilə siyasi birlik və iqtisadi inteqrasiya İttifaqın əsas məqsədidir”.

Şərq Tərəfdaşlığı proqramının daha bir məqsədi sözü gedən ölkələrə Avropa İttifaqı bazarlarına “tədrici giriş” verilməsidir.

Vişeqrad Dördlüyünün bu bəyanatı Avropa İttifaqı xarici işlər nazirlərinin Şərq Tərəfdaşlığına dair bu ayın sonlarında keçiriləcək debatlarına daxil ediləcək.

Şərq Tərəfdaşlığının növbəti sammiti pandemiya vəziyyətinin mane olmadığı təqdirdə iyunun 18-də Brüsseldə keçiriləcək.

XS
SM
MD
LG