Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:07

TikTok-Oracle sövdələşməsi suallar yaradır


İllüstrativ foto
İllüstrativ foto

Prezident daha öncə deyirdi ki, TikTok Amerika şirkətinə satılmasa onu Birləşmiş Ştatlarda qadağan edəcək, çünki dezinformasiya kampaniyaları və ABŞ-da istifadəçilərin şəxsi informasiyasının təhlükəsizliyi sarıdan narahatlıq var

Prezident Donald Tramp deyir ki, sentyabrın 17-də Oracle şirkətinin Çinə məxsus TikTok videopaylaşım tətbiqini almaq təklifinə dair hesabatını gözləyir. Prezident təklifi dərhal “imzalamağa” hazır olmadığını sözlərinə əlavə edib.

“Bu, milli təhlükəsizliyə 100% cavab verməlidir”, – Tramp sentyabrın 16-da Ağ evdə brifinqdə deyib.

Prezident daha öncə deyirdi ki, TikTok Amerika şirkətinə satılmasa onu Birləşmiş Ştatlarda qadağan edəcək, çünki dezinformasiya kampaniyaları və ABŞ-da istifadəçilərin şəxsi informasiyasının təhlükəsizliyi sarıdan narahatlıq var.

Maliyyə naziri Stiven Mnuçin sentyabrın 14-də bildirib ki, TikTok-un təsisçi şirkəti olan ByteDance ABŞ hökumətinə təklif verib. Təklifə görə, Oracle Birləşmiş Ştatlardakı əməliyyatlar üçün ByteDance şirkətinin “inanılmış texnologiya provayderi” olacaq.

Təklifdə TikTok-un qlobal əməliyyatlarını ABŞ-da mərkəzləşən şirkətə çevirmək, 20 min yeni iş yeri yaratmaq da nəzərdə tutulur.

Konqresmenlər narahatdırlar

Konqresin bəzi üzvləri Oracle ilə tərəfdaşlıq sazişinə ehtiyatla yanaşıblar.

Marko Rubionun başçılıq etdiyi altı respublikaçıdan ibarət qrup sentyabrın 16-da prezidentə məktub göndəriblər. Onların fikrincə, “sənəddə həll olunmayan ciddi milli təhlükəsizlik məsələləri” var. Konqresmenlər bildirirlər ki, TikTok-un ABŞ-dakı əməliyyatları, data və alqoritmləri tamamilə ByteDance, yaxud Çinin hər hansı dövlət oyunçusunun nəzarətindən kənar olmalıdır. Onlar administrasiyanı ByteDance ilə əlaqələr qaldıqca sazişi rədd etməyə çağırıblar.

Hazırda təklif olunan razılaşma hökumət tərəfindən nəzərdən keçirilir.

Tramp ötən ay TikTok-u sentyabrın 20-dək bağlamaqla hədələyib. Onun iddiasına görə, tətbiqin yığdığı data Çin kəşfiyyatı üçün alətə çevrilə bilər. Prezident ByteDance-a ABŞ-dakı biznesini satmaq göstərişi verib.

TikTok isə Çin hökuməti ilə data paylaşmadığını deyir, ABŞ administrasiyasını qadağa hədəsinə görə məhkəməyə verib.

Tətbiq ABŞ-da 100 milyon, dünya üzrə 700 milyon istifadəçisi olduğunu bildirir.

Microsoft şirkəti TikTok-un ABŞ-dakı əməliyyatlarını almağa əsas iddialı sayılsa da, sentyabrın 13-də sövdələşmənin alınmadığını bildirib.

XS
SM
MD
LG