Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:45

Netanyahu təqsirsiz olduğunu deyir


İsraildə etirazlar, dekabr, 2021-ci il
İsraildə etirazlar, dekabr, 2021-ci il

Netanyahu zəngin dostlarından bahalı hədiyyələr almaqda, media maqnatları üçün tənzimləyici orqanlardan güzəştlər əldə etməyə çalışmaqda suçlanır

İsrailin Baş naziri Bencamin Netanyahu korrupsiya ittihamı üzrə məhkəməsində təqsirsiz olduğunu deyib. Məhkəmə növbəti seçkiyə altı həftə qalmış işini bərpa edib. Netanyahu həmin seçkini udmaqla 12 illik idarəçiliyimi daha da uzadacağına ümid edir.

“Adımdan təqdim olunmuş yazılı cavabı təsdiqləyirəm”, – Netanyahu fevralın 8-də Yerusəlimdə hakimlərə deyib.

Vəkillərinin təqdim etdiyi sənəddə baş nazir rüşvətxorluq, öhdəliklərin pozulması, dələduzluq ittihamları üzrə təqsiri olmadığını bildirir.

İttihamlar

Netanyahu zəngin dostlarından bahalı hədiyyələr almaqda, media maqnatları üçün tənzimləyici orqanlardan güzəştlər əldə etməyə çalışmaqda suçlanır.

71 yaşlı baş nazir isə cinayət işini siyasi əcinnə ovu adlandırır.

Doqquz aydır başlanmış məhkəmə sonradan koronavirus karantinlərinə görə təxirə salınıb.

O zaman Netanyahu siyasi rəqibi Benni Qants isə koalisiya hökumətini yenicə qurmuşdu. Koalisiya dekabrda iflas elədi.

İsraildə son iki ildən az müddət ərzində dördüncü parlament seçkisi martın 23-də keçiriləcək.

Netanyahuya qarşı həftələrlə etiraz aksiyaları keçirilib, onun COVID-19 böhranını idarə etməsi, korrupsiya məsələlərinə etiraz bildirilir.

O, İsrailin ən uzun müddətli baş naziridir, 2009-cu ildən bəri davamlı olaraq baş nazir postundadır. 1996-1999-cu illərdə də baş nazir olub.

XS
SM
MD
LG