Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Rusiya İranı ‘təmkinli olmağa’ çağırır


Arak nüvə reaktoru
Arak nüvə reaktoru

İran yanvarda uran metalı istehsalını araşdırmaq niyyətini açıqlamışdı, bunun Tehranda tədqiqat reaktoru üçün vacib olduğunu bildirmişdi

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov İranı “təmkinli olmağa” çağırıb.

“Onların hərəkətlərinin məntiqini, İranı təhrik edən səbəbləri anlayırıq. Buna baxmayaraq, təmkinli davranmaq, məsuliyyətli yanaşmaq lazımdır”, – Ryabkov fevralın 11-də deyib. Xəbəri “RIA Novosti” agentliyi yayıb.

***

İran uran metalının istehsalına ‘başlayıb’

İran uran metalının kiçik həcmdə istehsalına başlayıb. Bunu BMT-nin atom enerjisi agentliyi fevralın 10-da bildirib. Bu, Tehranın 2015-ci il nüvə sazişini daha bir pozuntusu sayılır. İran bu arada ABŞ Prezidenti Co Baydenin yeni administrasiyasına sazişlə bağlı təzyiq göstərməyə çalışır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi üzv ölkələrə deyib ki, fevralın 8-də müfəttişlər İsfahandakı nüvə obyektində 3.6 qram uran metalı hasil olunduğunu təsdiqləyiblər.

15 illik qadağa

Bunun kiçik həcm olmasına, zənginləşdirilməməsinə baxmayaraq, uran metalından nüvə silahlının hazırlanmasında istifadə oluna bilər.

İran, ABŞ, Çin, Rusiya, Almaniya, Fransa və Britaniyanın imzaladığı nüvə sazişində İranın plutonium, yaxud uran metalı istehsal, yaxud əldə etməsinə 15 illik qadağa qoyulur.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başladı.

Tehran da ABŞ-ın addımına cavab olaraq saziş öhdəliklərini tədricən pozmağa, az zənginləşdirilmiş uran ehtiyatını artırmağa, uranı daha yüksək səviyyədə zənginləşdirməyə, bu prosesdə qabaqcıl sentrifuqalarda istifadə etməyə başladı.

Uran metalı necə istifadə olunacaq

İran yanvarda uran metalı istehsalını araşdırmaq niyyətini açıqlamışdı, bunun Tehranda tədqiqat reaktoru üçün vacib olduğunu bildirmişdi. Dekabrda parlamentin qəbul etdiyi qanunda da bu addım nəzərdə tutulub. Həmin qanun İranın aparıcı nüvə aliminin qətlindən sonra qəbul olunub. Tehran qətlə görə İsraili ittiham edir.

İran uran metalı istehsal etmək planını açıqlayanda Almaniya, Fransa və Britaniya bundan “dərin narahatlıq” bildirdi.

“İranın uran metalından mülki məqsədlə istifadə edəcəyinə mötəbər dəlil yoxdur. Uran metalı istehsalının ağır hərbi təsirləri ola bilər”, – onlar birgə bəyanatda deyirdilər.

Tehran nüvə proqramının dinc məqsədli olduğunu, silah hazırlamaq niyyəti güdmədiyini vurğulayır.

Bayden administrasiyası ikitərəfli diplomatiyanı canlandırmağa çalışır, amma İrandan əvvəlcə sazişə əməl etmək tələb olunur. Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaları qaldırmağı nəzərdə tuturdu.

“Tehranı 2015-ci il nüvə sazişinə tam əməl etməyə çağırırıq, çünki bu bizim üçün diplomatiyaya yol açar”, – Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 10-da brifinqdə deyib.

İran rəsmiləri isə təkid edirlər ki, ABŞ sanksiyaları qaldırmaqla sazişə qayıtsın.

XS
SM
MD
LG