Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:40

Koronavirusun ‘Britaniya növü’ Azərbaycana gəlib


Azərbaycanda koronavirusun Britaniya versiyası aşkarlandı
Gözlə

No media source currently available

0:00 0:10:01 0:00

Azərbaycanda koronavirusun Britaniya versiyası aşkarlandı

Azərbaycanda koronavirusun “Britaniya ştammı” aşkarlanıb. Bu haqda mətbuata martin 18-də Milli Hematologiya və Transfuziologiya Mərkəzi xəbər verib.

Keçən ilin sonlarında Böyük Britaniyadan yayılmağa başlamış virusun bu mutasiyasının daha çox yoluxucu olduğu deyilir.

Britaniya Tibb Jurnalı yazır ki, bu növ əvvəlki növdən 70 faiz daha çox yoluxucudur və hətta 30-70 faiz daha öldürücüdür.

ABŞ-ın Xəstəliklərin Önlənməsi üzrə Dövlət Agentliyi bildirir ki, virusun daha ölümcül olmasını təsdiq etmək üçün əlavə araşdırmaya ehtiyac var.

Amma əksər mənbələr koronavirusun ilk dəfə İngiltərənin Kent şəhərində qeydə alınmış növünün daha yoluxucu olması fikrində yekdildirlər.

Ciddidir, amma narahatlığa əsas yoxdur?

Forbes jurnalına müsahibəsində Britaniyadakı Exeter Universitetinin tədqiqatçısı Robert Çelen deyib ki, virusun yeni mutasiyasını daha çox ciddiyə almaq lazımdır.

Almaniyanın Bitburq Xəstəxanasının həkimi Şərif Süleymanov AzadlıqRadiosuna deyib ki, virusun bu mutasiyasına yoluxmuş xəstənin müalicəsi də fərqlidir.

“Simptomlar əvvəlki COVİD-də olan simptomlardır, sadəcə yüksək dərəcədə yoluxma sayı qeydə alınıb. Bu yoluxma zamanı müalicənin uzanmasından başqa xəstəliyin daha ağır keçirilməsini müşahidə edirik. Uşaqlar vasitəsilə yayılma halı daha sürətlə qeydə alındığı üçün əvvəllər bizdən sadəcə uşaqları karantinə almaq tələb olunurdu, bundan sonra isə uşaqları da bir neçə dəfə testə göndərməli olduq”.

Şərif Süleymanov bildirir ki, Britaniya ştammının hazırkı vaksinlərə davamlılığı barədə dolğun məlumat yoxdur, amma tibb mənbələri mətbuatda narahatlığa səbəb olmadığını deyir.

Almaniyada həkim: "Britaniya ştammı daha gec sağalır"
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

“Azərbaycan indiyədək yaxşı tab gətirib”

Lakin Azərbaycanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin -TƏBİB-in komitə sədri Akif Qurbanov report.az saytına deyib ki, virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib.

“Qorunma tədbirlərinə ciddi əməl edilməlidir. İki aydır ölkədə vaksinasiya tədbirlərinə start verilib və yarım milyondan çox insan peyvənd vurdurub, onlarda immunitet yaranıb. Bundan sonra da vaksinasiya işləri davam edəcək. Əgər əhalinin müəyyən bir qismində yaxın müddətdə immunitet yarada bilsək pandemiya bizim üçün əvvəlki kimi təhlükəli olmayacaq”.

Bakıda həkim Vasif İsmayıl deyir ki, bayram ərəfəsində virus arta bilər:

“Azərbaycan indiyə qədər yaxşı tab gətirib, amma Britaniya ştammı daha sürətlə yayıldığı üçün 3-cü dalğa sərt ola bilər”.

Vasif İsmayıl bildirir ki, indiki yoluxma sayı ilə Azərbaycanda karantini sərtləşdirməyə ehtiyac yoxdur. Hökumət hələ ki, karantin qaydalarını dəyişmək barədə açıqama verməyib.

Son günlər dünyanın bəzi ölkələrində, o cümlədən Azərbaycanda yoluxmalar artır.

TƏBİB-in martın 18-ə olan məlumatına görə, yoluxma sayı 933 nəfər, ölüm sayı isə 7 olub.

Ümumilikdə Azərbaycanda indiyə qədər 243 minə qədər yoluxma qeydə alınıb, təqribən 3300 nəfər vəfat edib.

XS
SM
MD
LG