Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:43

Rusiya Bayden-Putin görüşü ərəfəsində ABŞ-ı ‘şantaj’ edir


Sergey Ryabkov
Sergey Ryabkov

Rusiya mayın 31-də bəyan edib ki, iki lider arasında gələn ay keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl Birləşmiş Ştatlara, onun sözləri ilə deyilsə, çox “narahatedici” siqnallar verəcək.

Reuters agentliyinin yazdığına görə, Moskva habelə bəyan edib ki, özünün qərb sərhədlərini hərbi baxımdan möhkəmləndirəcək.

Bundan bir gün əvvəl ABŞ prezidenti Co Bayden demişdi ki, iyunun 16-da Cenevrədə keçirilməli olan görüş zamanı Rusiya prezidenti Vladimir Putinə onun insan haqlarına hörmət göstərməsi üçün təzyiq göstərəcək.

Şərhçilər deyirlər ki, iki ölkə arasında münasibətlər Soyuq müharibədən bəri ən pis durumundadır.

RIA Novosti agentliyinin yazdığına görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, “amerikalılar Rusiyadan qarşıdan gələn günlər də daxil çox narahatedici siqnallar almağa hazır olmalıdırlar”.

Ryabkov deyib ki, Moskva Baydenin Rusiyada insan haqlarına dair suallarına cavab verməyə hazırdır və o, sammit üçün gündəliyin tərtibində Vaşinqtondan daha açıqdır.

Rusiya yeni hərbi birliklər yaradacağını deyir

Rusiya ilə Qərb arasında münasibətlər xüsusilə də Kremlin tənqidçisi Aleksey Navalnı həbsxanaya salındıqdan sonra son dərəcə korlanıb.

Münasibətlərin tarıma çəkilməsinə habelə Rusiyanın Ukrayna sərhədi boyunca böyük qoşun cəmləşdirməsi səbəb olub.

Rusiya müdafiə naziri Sergey Şoyqu mayın 31-də deyib ki, Birləşmiş Ştatlar və NATO son vaxtlarda Rusiyanın qərbində hərbi fəallığını artırıb və bu, Moskvanın cavabını tələb edir:

"Bizim qərbli həmkarlarımızın hərəkətləri dünya təhlükəsizlik sistemini pozur və bizi adekvat əks-tədbirlər görməyə məcbur edir”.

Interfax agentliyinin məlumatına görə Şoyqu deyib ki, Rusiya özünün Qərb Hərbi Dairəsində 20-dək yeni hərbi birlik və birləşmə yaradacaq.

XS
SM
MD
LG