Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 06:40

Pandemiya Azərbaycanda sürücü sayını rekord miqdarda artırıb


Sürücülük vəsiqəsi pulla alınır?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Sürücülük vəsiqəsi pulla alınır?

Pandemiya dövründə Azərbaycanda da bir çox iş yerləri fəaliyyətini dayandırmış və ya işçilərə evdən çalışmaq imkanı yaradılmışdı. Bəzi adamlar bundan yararlanaraq çoxdan bəri planladığı işləri görməyə imkan tapıb. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı göstəricilərdən aydın olur ki, ötən il ölkədə sürücülük vəsiqəsi əldə edənlərin sayında rekord artım qeydə alınıb. Pandemiyadan öncə - 2019-cu ildə Azərbaycanda 229 min şəxsə sürücülük vəsiqəsi verilmişdi. Pandemiyanın ilk ilində - 2020-ci ildə bu rəqəm bir qədər azalaraq 198 minə yaxınlaşıb. Ötən ilsə kəskin artım qeydə alınıb və Azərbaycanda sürücülük vəsiqəsi alanların sayı 282 min nəfərə çatıb. Bu, iki il içində 25 faizə yaxın artım deməkdir. İndiyədək ölkədə heç bir ildə bu qədər yüksək say qeydə alınmamışdı.

Cədvəl: 2011-2021-ci illərdə Azərbaycanda kişi və qadınlara verilən sürücülük vəsiqəsi sayı

İllər

Nəfər

qadınlar

kişilər

2011

6 min 445

168 min 181

2012

7 min 411

155 min 128

2013

11 min 166

237 min 231

2014

10 min 278

174 min 385

2015

8 min 521

136 min 150

2016

10 min 095

146 min 126

2017

11 min 885

165 min 426

2018

15 min 115

188 min 418

2019

15 min 800

213 min 335

2020

14 min 834

182 min 772

2021

29 min 517

252 min 347

Sürücülük vəsiqəsi alan qadınların sayı iki dəfə artıb

Cədvəldən də göründüyü kimi, sürücülük vəsiqəsi əldə edən qadınlar arasında artım daha çox gözə çarpır. 2018-2020-ci illərdə Azərbaycanda hər il ortalama 15 min qadın sürücülük vəsiqəsi əldə edib. Ötən il bu rəqəm birdən-birən iki dəfə artaraq 29 min 517-yə çatıb. İndiyədək qadınlar bir il içində ən çox 2020-ci ildə sürücülük vəsiqəsi alıb. Həmin il ölkədə verilən sürücülük vəsiqələrinin 7.5 faizini qadınlar, 92.5 faizini kişilər əldə etmişdi. 2021-ci ildə isə ilk dəfə qadınların göstəricisi ikirəqəmli həddə çatıb və sürücülük vəsiqəsi əldə edənlərin 10.5 faizi qadınlar olub.

İnternet istifadəçilərinin sayı artıb

DSK-nın açıqladığı hesabatda ölkədə internet istifadəsi ilə bağlı göstəricilərə də yer verilib. Həmin göstəricilərdən aydın olur ki, pandemiya müddətində ölkədə internet istifadəçilərinin də sayında nisbi artım qeydə alınıb. Rəsmi rəqəmlərə görə, 2021-ci ilin sonunda ölkə əhalisinin 86.7 faizi internet istifadəçisi olub. Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 81.1 faiz idi. Deməli, son iki ildə ölkədə internet istifadəçilərinin sayı 5 faiz artıb. 2014-cü ildən bəri heç bir ildə bu qədər artım qeydə alınmamışdı. Hazırda ölkədəki qadınların 85.5 faizi, kişilərinsə 87.9 faizi internet istifadəçisidir. Pandemiya dövründə internetdən yararlanan qadın sayında 7.1 faiz, kişilərin sayında 4 faiz artım olub.

Balıqçı qadınlar

Dövlət Statistika Komitəsi balıqçılıq və meşə məhsullarının tədarükü ilə məşğul olan qadınların da sayını açıqlayıb. Həmin rəqəmlərdən aydın olur ki, ötən il Azərbaycanda kvota üzrə balıq ovlayan 2 min 29 balıqçı qeydə alınıb. Onlardan cəmi yeddi nəfəri qadın, qalan 2 min 22 nəfəri kişidir. Ölkədə göl və nohur balıqçılığı ilə məşğul olan 184 nəfərinsə 25-i qadın olub.

DSK-nın açıqladığı göstəricilər arasında daha bir diqqətçəkən məqam meşə məhsullarının tədarüküdür. Rəsmi rəqəmlərə görə, 2008-ci ildə ölkədə meşə məhsullarının tədarükü ilə məşğul olan şəxslərin 75 faizi kişilərdən, 25 faizi qadınlardan ibarət idi. Növbəti illərdə bu istiqamətdə fəaliyyət göstərən kişilərin sayı azalmağa, qadınların sayı artmağa başlayıb. 2021-ci ilin sonuna olan nəticələrə görə, ölkədə meşə məhsullarının tədarükü ilə məşğul olanlar arasında qadınların payı 25 faizdən 45 faizə yüksəlib. Kişilərin göstəricisi isə 75 faizdən 55 faizə düşüb.

XS
SM
MD
LG