Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 08:39

Zelenski ən qızğın döyüşlər gedən Baxmuta gəlib


Baxmut şəhərinin müdafiəçiləri
Baxmut şəhərinin müdafiəçiləri

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 20-də cəbhənin ən qaynar hissəsində yerləşən Baxmut şəhərinə səfər edib.

O burada şəhərin müdafiəçilərini orden və medallarla təltif edib.

Zelenskinin səfəri barədə məlumatı müdafiə nazirinin müavini Anna Malyar verib.

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkənin ictimai teleradio yayımçısı Suspilneyə müsahibəsində deyib ki, prezident birbaşa ön cəbhə xəttinə baş çəkib.

Mətbuat katibi deyib ki, Zelenski artıq Baxmutdan Kiyevə qayıdıb.

Rusiyanın təbliğatçı mediaları Rusiya qoşunlarının guya artıq Baxmutu ələ keçirdiyi barədə xəbər vermişdi.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu xəbərləri təkzib edib və bildirib ki, Rusiya qüvvələrinin bütün hücumları dəf edilib.

Hazırda Baxmut şəhəri bütün cəbhə xətti boyunca ən qaynar nöqtədir.

Rusiya qoşunları bu şəhəri may ayından bəri ələ keçirmək üçün uğursuz cəhdlər göstərir.

Rusiya qoşunları may ayından Baxmuta raket zərbələri endirir və əsasən Wagner şirkətinin muzdlularından ibarət olan Rusiya qüvvələləri avqust ayında şəhər ətraflarından birinə çıxa bilib.

Şəhərin 70 minlik əhalisinin çoxu evlərini tərk edib. Şəhərdə su, qaz və elektrik yoxdur. Bir çox binalar dağılıb.

XS
SM
MD
LG