Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:15

Rusiyada qələbə paradı keçirilib


Vladimir Putin (ortada) Qələbə Günü paradında
Vladimir Putin (ortada) Qələbə Günü paradında

Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsində Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsi münasibətilə keçirilən paradda iştirak edib. 1945-ci ildən bəri qitənin ən böyük quru müharibəsini aparan Putin 9 May paradında çıxış edib.

Putin dünyanın mühüm dönüş nöqtəsində olduğunu deyib. O, minlərlə əsgər və tamaşaçıya ölkəsinin öz gələcəyi üçün mübarizə apardığını bildirib.

O, "Qərbin qlobalist elitası" adlandırdığı kəsimi “nifrət, anti-Rusiya, aqressiv millətçilik toxumu səpməkdə” və 2022-ci ilin fevralında Ukraynanı səbəbsiz işğaldan sonra tez-tez istifadə etdiyi “ailə, ənənəvi dəyərlər” kimi anlayışları məhv etməkdə suçlayıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə mayın 9-da Rusiya raketlərinin Ukraynanın paytaxtına buraxılmasından bir neçə saat sonra Kiyevə gəlib. O, “əziz tutduğumuz dəyərlərin hər gün müdafiə olunduğu” ölkəyə səfərindən məmnun olduğunu bildirib.

Orta Asiya liderləri və...

Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Türkmənistan, Ermənistan kimi keçmiş Sovet dövlətlərinin liderlərinin hərbi paradda iştirakı, Kremlin Orta Asiyada və Rusiyaya yaxın digər regionlarda hələ də nə qədər nüfuzlu olduğuna işarədir.

Bu ölkələr İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqının bir hissəsi olub, 1991-ci ildə Rusiyanın liderlik etdiyi SSRİ-nin dağılması ilə müstəqilliklərini elan etdilər.

20 ildən çoxdur hakimiyyətdə olan Putin bu müddətdə ölkə vətəndaşlarını “Böyük Vətən Müharibəsi” adlandırdıqları müharibə ətrafında birləşdirməyə çalışaraq, faşist Almaniyasına qarşı dörd illik mübarizənin xatirəsini milli kimliyin tərkib hissəsinə çevirib.

Bundan əlavə, Putin Sovet İttifaqının dağılmasını ötən əsrin “ən böyük geosiyasi fəlakəti” kimi xarakterizə edib. Onun avtoritar idarəçilik və repressiyalara meylinin artması, o cümlədən Ukraynaya təcavüzü keçmiş Rusiya və Sovet imperiyaları ilə müqayisələrə yol açıb.

Xarici qonaqlar azalıb

Putinin repressiv hakimiyyəti və xarici təcavüzü bir çox xarici liderləri özündən uzaqlaşdırdı. Nəticədə onun nostalji paradına qatılmaq istəyən xarici nüfuzlu şəxslərin sayı getdikcə azaldı.

2014-cü ildə Rusiyanın Krım yarımadasını qanunsuz ilhaqından sonra, 9 may Qələbə paradına gələn xarici yüksək səviyyəli qonaqların sayı azalıb.

2021-ci ildə, COVID-19 pandemiyası dövründə Tacikistan Prezidenti Rəhmon Qələbə Günü paradında iştirak edən yeganə dövlət başçısı idi. Builki tədbirə gələn liderlərin əksəriyyətinin gəlişi son anda bilinib.

Keçən il, Rusiyanın Ukraynaya səbəbsiz işğalının başlamasından təxminən iki ay sonra, Moskvada keçirilən 9 May paradına heç bir xarici lider gəlməmişdi.

Belarusun lideri Aleksandr Lukaşenka bu il tədbirlərə qatılıb. Təxminən 30 ildir hakimiyyətdə olan Lukaşenka, İkinci Dünya Müharibəsi nəticəsində viran qalan Belarusda ənənəvi 9 May Qələbə Günü tədbirlərinə rəhbərlik edir.

Putinin 9 May Qələbə günü çərçivəsində xarici liderlərlə danışıqlar aparacağı gözlənilir.

XS
SM
MD
LG