Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:13

İran Su-35-lərin ölkəyə gətirilməsi vaxtını razılaşdırıb


Rusiyanın Su-35 qırıcıları
Rusiyanın Su-35 qırıcıları

İranın hakimiyyət orqanları Rusiyadan alınmış hərbi aviasiya texnikasının ölkəyə gətirilməsi müddətlərini razılaşdırıb.

Təsnim agentliyi bu xəbəri İran müdafiə nazirinin müavini general Mehdi Fərahiyə istinadla yayıb.

Bu, SSRİ dağılandan bəri Moskvadan rəsmi qaydada gətirilən ilk hərbi texnikadır.

Xəbər verilir ki, İran Rusiyadan çoxfunksiyalı Su-35 qırıcıları, Mi-28 zərbə helikopterləri və Yak-130 hərbi təlim təyyarələri alıb.

Sentyabrın əvvəllərində sonuncunun artıq İrana gətirildiyi xəbər verilmidşi.

Sovetdən başlanan əməkdaşlıq

Son dəfə İran xarici hərbi aviasiya texnikasını 1990-cı ildə SSRİ-dən alıb. 1991-ci ildə sovet istehsalı qırıcılar və hücum təyyarələri İraqdan İrana transfer edilib.

Qırıcıların əksər hissəsi İran hərbi hava qüvvələrinə hələ 1979-cu ilin İslam inqilabına qədər çatdırılıb.

Moskva və Tehran arasında hərbi sahədə əməkdaşlıq xüsusilə də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri fəallaşıb.

Rusiya İrandan zərbə və kəşfiyyat dronları və onların istehsalı üçün lisenziyalar alıb.

Bəzi ehtimallara görə Moskva hazırda Tehrandan ballistik raketlər almağa çalışır.

Misir üçün tikilmiş təyyarələr

2010-cu illərin sonlarında xəbər verilirdi ki, Tehran Rusiya hərbi texnikasından başqa Çindən Rusiya istehsalı mühərrikli J-19 qırıcıları almağa çalışıb.

Lakin Çin ABŞ-ın təzyiqi altında bu sövdələşmədən əl çəkib.

Vaşinqton bəyan edirdi ki, Rusiya aviasiya texnikasının İrana gətirilməsi regionda qüvvələr balansını dəyişə bilər.

İran hərbi hava qüvvələrinin neçə təyyarə alacağı məlum deyil. Ehtimal ki, söhbət Rusiyanın Misir üçün istehsal etdiyi 24 qırıcıdan gedir.

Misir ABŞ sanksiyalarından çəkindiyinə görə, Rusiya hərbi texnikasından imtina edib və Qərbdə istehsal olunmuş aviasiya texnikasını almaq qərarı verib.

XS
SM
MD
LG