Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:14

Ordan-burdan, yoxsa sistemli tərcümə?


YAŞAR və Azad Yaşar
YAŞAR və Azad Yaşar
Azərbaycan dilinə hansı yazıçılar çevrilməlidir? Tərcümə əsərlərinin keyfiyyəti necədir? Dövlət hesabına hansı əsərlər tərcümə edilir?

Azadlıq Radiosunun "Pen klub" verilişində dünya ədəbiyyatından çoxsaylı tərcümələr etmiş yazıçı YAŞAR, şair Azad Yaşar və "Ən yeni tərcümə" seriyasını çap edən “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu (telefonla) iştirak edirlər.


YAŞAR:

Azərbaycanlı mentalitetinda lap qədimlərdən dünyanı görmək həvəsi var.

Xalçalarımızın üzərində müxtəlif xalqların naxışlarını, ipək yolunu və sairəni nəzərə

Azad Yaşar:
"Məsələn, orda Dostoyevskiyə 3 cild ayrılıb. Amma türk ədəbiyyatına bir cild. Və orada dünya əhəmiyyətli Mövlanə Cəlaləddin Rumiyə ümumiyyətlə yer ayrılmayıb... "
alanda görürük ki, bizim dünyaya açılmaq, dünyadan götürmək meylimiz əcdadlarımıza gedib çıxır.

Sovet dövründə dünyanın bizə gəlib çıxan şedevr əsərləri var idi ki, onların böyük hissələri ideologiyaya yad olduğu senzuradan keçmir, qayçılanırdı.

Gözəl əsərlər var idi ki, onlar ümumiyyətlə tərcümədən kənarda qalırdı.

Sonradan, yəni yenidənqurma dövründə xarici tərcümə məsələsində yeni axın gəldi.

Bu dəfə də o sistemi söyən əsərlər tərcümə edilməyə başlandı. Amma indi deyəsən vəziyyət durulur.

Mənə elə gəlir ki, indi ölkənin tərcümə siyasətində daha çox əsərlərin bədii keyfiyyətlərinə önəm verilir.

Onu deyim ki, prezidentin sərəncamı ilə 150 cildlik kitabın ("Dünya Ədəbiyyatı" kitabxanası layihəsi) nəşr olunması nəhəng bir işdir.

Bu siyahı çox rəngarəngdir. Orada bütün cərəyanlar, bütün dövrlər, dünya ədəbiyyatının keçdiyi yol tam da olmasa hər halda əhatə olunur.

Yəni əsas qüvvə sayılan yazıçıların əsərləri orada təmsil olunur. Bunu mən başlanğıc kimi qəbul edirəm. Bu ilk addımdır və ümidvericidir.

AzadlıqRadiosu:

Azad bəy, siz nələri görmək istərdiniz tərcümələrdə, amma rast gəlmirsiniz?

Azad Yaşar:

150 cildlik dünya kitabxanası layihəsi çox təqdirəlayiq bir hadisədir müstəqillik dövrü
Azad Yaşar
üçün.

Amma əsərlərin seçilməsi... Siyahıda problemlər var. Məsələn vaxtı ilə ayrı-ayrı yazıçıların əsərlərini tərcümə etmiş və onlara artıq bələd olan müəyyən tərcüməçilər bu layihədə sonradan - yəni bir başqaları artıq istədikləri əsərləri seçib götürəndən sonra təklif aldılar.

Halbuki. məhz o tərcüməçilərin dünya ədəbiyyatının əsas təmsilçilərini tərcümə etmələri bəlkə də daha məsləhətli olardı.

Ümumiyyətlə bu siyahının tərtibində də vaxtaşırı səslənən bəzi iradlar var. Məsələn, Dostoyevskiyə 3 cild ayrılıb. Amma türk ədəbiyyatına bir cild.

Və orada dünya əhəmiyyətli Mövlanə Cəlaləddin Rumiyə ümumiyyətlə yer ayrılmayıb.

Və ya 20-ci əsrin sonunu və yaxud 21-ci əsri təmsil edən əhəmiyyətli yazıçılar var ki, onlara yer ayrılmayıb.

Əgər bu günkü ədəbiyyatı tanıtmaq istəyiriksə onun layiqli təmsilçilərinə daha çox üstünlük vermək lazımdır.

Çünki onların yaradacılığını öyrənən ədəbi nəsil dünyaya daha asan çıxa bilər.

Məsələn, mən həmin siyahıdan 4 kitab götürmüşəm tərcüməyə. Ikisi 19-cu əsr ədəbiyyatının nümayəndələridir. İkisi isə son dövr yazıçılarıdır.

Əgər bizim əvvəlki tərcüməçilər nəsli həmin o əvvəlki dövr yazıçıları sovet dövründə tərcümə etsəydilər, biz artıq 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvəlini təmsil edən ədəbi əsərləri dilimizə çevirərdik. Yəni ötürülmüş vaxtı bərpa etməklə məşğul olmazdıq.

YAŞAR:

Mən səmimi deyim ki, Azad bəyin fikirləri ilə hec, yəni 180 dərəcə razı deyiləm. Mən şəxsən ədəbiyyata konseptual baxmağın tərəfdarıyam.

Məsələn bizim ən böyük itkimiz odur ki, 4 İncildən birini də tərcümə etməmişik.

Halbuki dünya ədəbiyyatı – Dostoyevskidən Folknerə. Markesə qədər hamısı İncilin üstündə bərqərardır.

Hamısında İncilə istinad var. Şəxsən mənim fikrimcə, bütün dünya ədəbiyyatında hər şeyin kökü o antik ədəbiyyatdan, intibah dövründən gəlir.

Yəni biz Dostoyevskini
YAŞAR
tərcümə eləməsək, Folknerin getdiyi yolu bilməyəcəyik.

Eləcə də sonrakıların hansı yollardan keçdiyini dərk edə bilməyəcəyik.

Ona görə mən keçmişi tam həll edəndən sonra müasir yazıçılara gəlib çıxmağın tərəfdarıyam.

Əks halda biz müasirləri bir ekzotika kimi, maraq xatirinə oxuyacağıq.

AzadlıqRadiosu:

Şahbaz bəy, nəşriyyatlar tərcümədən nə umur, hansı əsərlərin tərcüməsinə önəm verir?

Şahbaz Xuduoğlu:

Şübhəsiz ki, klassik ədəbiyyat tərcümə olunmalıdır. Amma bu iş paralel şəkildə aparılmalıdır.

Əvvəl klassikanı tərcümə edib sonra indiki dövrə keçməklə bu işi çatdırmaq mümkün deyil.

Dünyanın çoxlu böyük nəşriyyatları var. Onlar günə 5-10 kitab nəşr edirlər. Elə böyük tirajlı kitablar gəlir ki bazara, onun qarşısını almaq mümkün deyil.

Bu mənada kitab bazarı əlbəttə sabit olaraq klassik nəşrlərin üzərində dayanır.

Deyək ki, Tolstoydu, Dostoyevskidi. Hətta Avropa kitab bazarında da birinci 10 faizliyi həmişə bunlar yığırlar. Ona görə hesab edirəm ki, bizim tanıdığımız, bildiyimiz klassiklərin əsərləri hökmən Azərbaycan dilində olmalıdır.

Amma mən onu da deyə bilmərəm ki, buna paralel şəkildə, məsələn Den Braun tərcümə olunmamalıdır.

O son 5 ildə dünya kitab bazarında birinciliyi əldən vermir. Bunların da əsərləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

Sovet dövründə klassik ədəbiyyat müəyyən qədər tərcümə olunmuşdu Azərbaycan dilinə.

İndi onların təkrar nəşri gedir. Amma mən daha çox müasir Avropa ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmasına üstünlük verirəm. Ona görə biz Herta Müller və digərlərini tərcümə etdik.

Bu mənada biz bir təsdiq olunmuş klassika, bir də ki, reytinqləri aşan müasir dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmasının tərəfdarıyıq.

AzadlıqRadiosu:

Gəlir gətirmək baxımından hansı dövr ədəbiyyatını tərcümə və nəşr etdirmək sərfəlidir nəşriyyatlara.

Şahbaz Xuduoğlu:


Klassika hər kəsin malıdır. O artıq dünya ədəbiyyatına verilmiş bir töhvədir.

Onu hər kəs götürüb öz dilinə tərcümə edə bilər. Məsələn deyək ki, Dostoyevski ilə bağlı bizim müəllif hüququnu almaq kimi bir problemimiz yoxdur.

Amma müasir yazarlar-deyək ki,
Şahbaz Xuduoğlu
hazırda Avropada ən çox nəşr olunan rus yazar Pelevini nəşr etmək üçün onun müəllif hüquqlarını almalıyıq.

Bu mənada biz hüquqi prosedur baxımından asan başa gələn klassikanı nəşr edirik.

Amma həmçinin hansı tanınmış yazıçıların ki, müəllif hüququnu almaq asandı, onların da əsərlərini Azərbaycan dilində nəşr edirik.

Azad Yaşar:

Yaşar müəllim dedi ki, biz klassikanı bilməsək. bu günkü ədəbiyyatı anlaya bilmərik.

Amma nədənsə məsələn, azərbaycanlı tamaşaçı deyək ki, ən müasir fantazi janrında çəkilmiş bir filmi seyr edəndə onu çox asanlıqla başa düşür. Hətta rus və ya ingiliscə baxsa belə.

Sonra Yaşar müəllim bəzi əsərləri başa düşmək üçün İncili bilməyi zəruri saydı. Ona qalsa Nizamidən, Firdovsidən üzü bəri bütün Şərq ədəbiyyatında da İslam terminologiyaları işlənir, anlayışlar var.

Yəni bütün hallarda oxucu əgər hazırlıqsızdırsa, qarşısına qoyulan kitabı anlamaqda çətinlik çəkəcək. Və bu gün də bizim Azərbaycanda fəlsəfə elmi yox dərəcəsində olduğuna, eləcə də dünya fəlsəfəsinin Freyddən başlayaraq ən son əsərlərini dilimizə çevirmədiyimizə görə, əlbəttə ki, bizim postmodern əsərlərin alt yapısını, əslində ehtiva elədikləri mənanı anlamamız çox çətin olacaq.

YAŞAR:

Çox müasir filmə də baxmaq olar, ədəbiyyatı kökünə getmədən hasısa bir əsəri də oxumaq olar.

Ancaq filmdən söz düşdü, məsələn Andrey Tarkovskinin, yaxud Stenli Kubrikin filmləri elit bir təbəqə üçün idi.

O kodları bilməyən tamaşaçı üçün Tarkovskinin filmləri çox darıxdırıcı idi.

Elə başa düşülməsin ki, mən ortodoksal, yaxud köhnə düşüncəliyəm. Bu mənim ədəbiyyata məhəbbətimdən irəli gələn bir yanaşmadır.

Mənim öz ədəbiyyatım var. Və
mən bir yazıçı da olaraq o ədəbiyyatda özümü daha rahat hiss edirəm. Və bu ruhsal ədəbiyyatdır.

AzadlıqRadiosu:

Şahbaz bəy, bir əsəri bir neçə nəfərin tərcümə etməsi məsələsinə necə baxırsınız?

Şahbaz Xuduoğlu:

Məsələn, bu gün "Əlkimyagər"in (Paulo Koelo-red.) Azərbaycan dilinə tərcümə olunmuş 3-4 variantı var. Yaxud bu gün bir tərcüməçi ilə söhbətdən belə bəlli oldu ki, Markesin “Yüz il tənhalıqda” əsərini paralel olaraq iki yaxşı tərcüməçi Azərbaycan dilinə çevirir.

Artıq ikisi də yarıya kimi tərcümə ediblər. Məncə bu tərcümələrin ikisini də nəşr etmək lazımdır.

Hansını oxucu bəyənsə, hansı mükəmməl tərcümə sayılsa, təbii ki, sonradan onu təkrar-təkrar nəşr etmək lazımdır.

Bu özü də müəyyən bir gəlişmədən xəbər verir. Əvvələr belə hal müşahidə olunmurdu.

Demək tərcüməyə böyük meyl var və dünya ədəbiyyatının üzdə olan yazarlarının əsərlərini Azərbaycan dilinə çevirənlərin sayı artır.

Bu yaxşı cəhətdir. Mən bir naşir kimi bir əsərin bir neçə nəfərin tərcüməsində ortaya çıxmasını dəstəkləyirəm.

AzadlıqRadiosu:

Tərcümələrin keyfiyyəti barədə də narazılıqlar olur. Hətta Türkiyə yazıçılarının əsərlərinin Azərbaycan türkcəsinə çevrilməsindən də.

YAŞAR:

Tərcümənin keyfiyyəti bizdə o qədər də qaneedici deyil. Məncə əsərin tərcümə olduğu nə qədər hiss edilmirsə, o qədər uğurlu işdir.

Ancaq təəssüflər olsun ki, bizdə əksər tərcüməçilər cümlənin şəklini köçürürlər, nəinki onu dildən dilə çevirirlər. Yəqin ki. buna görə də bizim yazıçıların elədiyi tərcümələr daha uzun ömürlü olur.

PROQRAMA TAM ŞƏKİLDƏ QULAQ AS
XS
SM
MD
LG