Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 04:50

Belarus Rusiya qazını baha qiymətə almağa razılaşıb


Minskdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 29 dekabr 2006
Minskdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 29 dekabr 2006

Belarus Rusiya qazını iki dəfə baha qiymətə almağa razılaşıb. İndi Belarus qazın hər min kubmetrinə görə «Qazproma»a 100 dollar ödəyəcək. Bu, o, deməkdir ki, Belarus qazın qiymətini cəmi beş dollar aşağı sala bilib. Halbuki, indiyə kimi Belarus Rusiyadan qazı 45 dollara alırdı. Danışıqlardan sonra Belarusun prezidenti Aleksandr Lukaşenko deyib ki, onun ölkəsi indi yeni iqtisadi reallıqla üz-üzədir.


«Qazprom» bildirirdi ki, qiymətdə razılaşa bilməsələr, Belarusun qazı yanvarın 1-dən kəsiləcək. Rusiya bundan sonra keçmiş sovet ölkələrinə qazı ucuz yox, yalnız Avropa qiymətləri ilə satacağını elan edib.


XS
SM
MD
LG