Keçid linkləri

2025, 05 Yanvar, bazar, Bakı vaxtı 04:34

ABŞ Rusiya və Belarusu tənqid edib


ABŞ bildirir ki, neftə təzə növ vergilər qoymaqla Lukaşenko öz hakimiyyətini möhkəmləndirmək istəyir
ABŞ bildirir ki, neftə təzə növ vergilər qoymaqla Lukaşenko öz hakimiyyətini möhkəmləndirmək istəyir

Amerika Birləşmiş Ştatları Rusiya neftinin Qərbi Avropaya çatdırılmasında problem yarandığına Rusiya və Belarusu tənqid edib. Rusiya Belarusa satdığı qazın qiymətini iki dəfə bahalaşdırdığından, Belarus Rusiya neftinə gömrük vergisi qoyub.


Amerika Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib ki, Belarus rəsmiləri çalışırlar ki, Qərbə daşınan neftə təzə növ vergilər qoysun. Diplomatın sözlərinə görə, prezident Aleksandr Lukaşenko bununla öz hakimiyyətini möhkəmləndirmək üçün daha çox mənfəət əldə etmək istəyir.


Amerika Dövlət Departamenti Moskvanı da günahlandırıb. Bildirilib ki, Moskva enerji mənbəyindən siyasi rıçaq kimi istifadə edir.


Rusiya, Belarus və Avropa Birliyi rəsmiləri Avropadakı istehlakçıları sakitləşdirməyə çalışırlar ki, Avropaya enerji əvvəlki qaydada gedəcək.


XS
SM
MD
LG