Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:51

Narıncı şahzadənin qayıdışı


Onun tək şansı vəd etdiyi islahatları aparmaq və ortaya müsbət nəticələr qoymaqdır
Onun tək şansı vəd etdiyi islahatları aparmaq və ortaya müsbət nəticələr qoymaqdır

«Ekonomist» jurnalının son sayında «Narıncı şahzadənin qayıdışı» başlıqlı məqalə çap edilib. Məqalədə deyilir: «Çox aydın kontrast idi. Prezident Vladimir Putin demək olar ki, özünü Rusiyanın növbəti baş naziri təyin etdikdən düz bir gün sonra Kiyevin Radası azad səsvermədə Yuliya Timoşenkonu baş nazir seçdi. Bu həmçinin post-sovet slavyan ölkələrinin demokratik ola bilməyəcəyi fikirlərinin yanlışlığını sübut etdi».


Məqalədə deyilir ki, uzun müddət Ukrayna demokratiyası rəsmi Kreml tərəfindən tutulması düzgün olmayan təlatümlü yol kimi təqdim edilirdi. Rusiya televiziyası Ukraynanın xaotik siyasətini tənqid edərək Rusiya siyasi sisteminin stabilliyini nəzərə çarpdırırdı ki, bu sistemdə qərarlar Kremldə qəbul olunur Dumada isə qeyd-şərtsiz təsdiq olunur.



«Ukrayna siyasətçiləri hakimiyyətə gəlmək üçün hər şeydən istifadə etdilər: 2004-də seçki saxtakarlığına cəhd olundu, 2005-2006-cı illərdə pul verib siyasətçiləri satın alaraq tərəflərin dəyişdirilməsinə cəhd olundu və indi də demokratik üsullar sınaqdan çıxarıldı»

Məqalədə qeyd edilir ki, həqiqətən 2004-cü ildə Ukraynada narıncı inqilab qalib gələndən bəri bu ölkədə siyasət qarma-qarışıq olub. Amma buna baxmayaraq, ukraynalılar bu yola daha bir şans verərək sentyabrın 30-da Yuliya Timoşenkonun partiyasına səs verdilər. Bu səslər keçmiş baş nazir Viktor Yanukoviçin partiyasına daha az ictimai dəstəyin olması hesabına Timoşenkonu qabağa çıxardı. Seçkilərin nəticələri Yanukoviçi meydandan sıxışdırıb çıxara bilsə də, Timoşenko öz kabinetini formalaşdırmaq üçün iki ay vaxt sərf etməli oldu. Nəhayət dekabrın 18-də bir səs çoxluğu ilə parlament Yulia Timoşenkonun baş nazirliyini təsdiq etdi.


Bütün bu prosesin müsbət tərəfi ondadır ki, Ukrayna özünün həqiqi demokratiyaya sahib olduğunu sübut etdi. Jurnal adını çəkmədiyi bir Rusiya oliqarxından sitat gətirib yazır ki, «Ukrayna siyasətçiləri hakimiyyətə gəlmək üçün hər şeydən istifadə etdilər: 2004-də seçki saxtakarlığına cəhd olundu, 2005-2006-cı illərdə pul verib siyasətçiləri satın alaraq tərəflərin dəyişdirilməsinə cəhd olundu və indi də demokratik üsullar sınaqdan çıxarıldı».


«Ekonomist» yazır ki, Timoşenko əvvəl də prezident Yuşenkonun rəhbərliyi altında baş nazir işləyib, amma bir neçə aya vəzifəsindən azad edilib. Timoşenko buna görə Yuşenkonun ətrafındakı bəzi siyasətçiləri günahlandırırdı. Elə indinin özündə də Timoşenkonu dəstəkləyən «Bizim Ukrayna» blokunun bəzi partiyaları onu qəbul edə bilmir. Amma Timoşenkoya ikinci şans verilib və o ölkənin hüquq sistemi və iqtisadiyyatında güclü islahatlar aparacağı vədlərini verib.


Jurnalın yekun rəyinə görə bütün bu demokratik prosesin əziyyətlərini doğrultmaq üçün Timoşenkonun tək şansı vəd etdiyi islahatları apararaq ortaya müəyyən müsbət nəticələr qoymaqdır. Əgər bu nəticələr olmasa, 2004-cü ilin qarlı qışında Kiyevin küçələrində inqilab etmiş vətəndaşlar özlərini aldadılmış hiss edəcəklər və bu da Ukrayna inqilabının uğursuz sonu demək olacaq. «Bu həm də digər keçmiş sovet ölkələri üçün pis nümunə verər və Rusiyanın daha rişxəndli gülüşünə səbəb olar».


XS
SM
MD
LG