Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 08:22

«Prezidenti Vaşinqtona dəvət edirəm»


«ABŞ prezident seçkisinin ədalətli təşkili üçün səylərini artıracaq»
«ABŞ prezident seçkisinin ədalətli təşkili üçün səylərini artıracaq»

«Prezident İlham Əliyevi Vaşinqtona dəvət edirəm. Onunla Kapitolidə çox geniş səpgidə məsələlərə toxunmaq zərurəti yaranıb». Bunu «Azadlıq» radiosuna eksklüziv müsahibəsində amerikalı senator Sem Braunbek bildirib.


Onun sözlərinə görə, İlham Əliyevlə müzakirə olunmalı məsələlərə enerji çərçivəsindən kənara çıxan iqtisadi məsələlər, 907-ci düzəlişin tam ləğvi üçün görülməli işlər, Xəzər hövzəsində həyata keçirilən siyasət, regiondakı vəziyyət və başqa mövzular daxildir:


«Hazırda Amerika ilə İran arasında müəyyən çətinliklər yaşanır. Mənə elə gəlir ki, bu vəziyyətdə biz regionda açar funksiyası yerinə yetirən Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməliyik. Mən 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasının təşəbbüsçüsü olmuşam. Hesab edirəm ki, bu kimi amillər əməkdaşlıq üçün zəmin yaradır».


Cənab Braunberq deyir ki, ABŞ Azərbaycanla əməkdaşlığında enerji ilə demokratiyanı ayırmır. Sadəcə olaraq müəyyən dövrlərdə hansısa sahənin inkişafına təkan vermək zərurəti yaranır. Bununla belə, iqtisadi inkişaf demokratiya və insan hüquqlarının tərəqqisi ilə paralel olmalıdır:


«Son 10 ildə Azərbaycana sərmayələrin yatırılmasında və ümumi artımda nəzərə çarpacaq inkişaf olub. Amma bütün bu inkişaflara baxmayaraq, demokratiyanın inkişafı və insan hüquqlarına olan önəm və marağımız azalmayıb».


Senator onu da deyib ki, ABŞ bu il Azərbaycanda keçiriləcək prezident seçkisinin ədalətli təşkili üçün səylərini artıracaq:


«Azərbaycanın demokratiya sınağından keçməsi hakimiyyətin öz əlindədir. Mənə elə gəlir ki, Azərbaycan bu testdən keçmək üçün bütün imkanlara malikdir. Sadəcə olaraq, bu, seçim məsələsidir».


Senatorun fikrincə, ədalətli seçki mühitinin yaradılması üçün medianın daxili imkanları genişləndirilməli və namizədlərin iştirakı üçün şərait yaradılmalıdır.


XS
SM
MD
LG