Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:52

Avropada pandemiya qadağaları geri qaytarılır, yeni il atəşfəşanllıqları ləğv edilir


Koronavirusun Omikron stammının yayılması ilə bağlı qorxular dərinləşdikcə Avropada yeni məhdudiyyətlər qüvvəyə minir.

Bəzi Avropa ölkələri artıq Omikronun qarşısını almaq və onun yayılma tempini zəiflətmək üçün məhdudiyyətləri geri qaytarırlar.

Beləki Hollandiya dekabrın 19-dan ciddi bir milli karantin elan edib. Omikron variantının artması London merini şəhər xəstəxanalarına yardım etmək üçün hərəkətə gətirib.

Hollandiyanın Baş naziri Mark Rutte, omikron variantının səbəb olduğu yeni infeksiya dalğası səbəbindən ölkəsindəki qapanmanın "qaçılmaz" olduğunu deyib.

Miladdan bir həftə əvvəl qapanma elan edərkən "bütün Hollandiyanın ah çəkdiyini" eşitdiyini söylədi.

Dekabrın 17-də Britaniyada qeydə alınan gündəlik omikron yoluxması demək olar ki, 25 minə çatıb.

Dekabrın 20-dən etibarən Britaniyadan gələn insanlar peyvənd olub-olmamasından asılı olmayaraq iki həftəlik karantinə riayət etməli olacaqlar.

Paris Yeni il ərəfəsində atəşfəşanlığı ləğv edib. İrlandiyada axşam saat 8-dən sonra kafe və barların fəaliyyətinə məhdudiyyətlər qoyulub.

XS
SM
MD
LG