Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:51

Avropa İttifaqı bəzi sanksiyaları niyə yumşaldıb?


Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketində Rusiyaya aviasya sahəsində bəzi mal və xidmətlərin satışı üzərindən qadağanı qaldırıb

Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketində Rusiyaya aviasya sahəsində bəzi mal və xidmətlərin satışı üzərindən qadağanı qaldırıb.

Bu barədə məlumatı Avropa İttifaqı yayıb.

Sənəddə deyilir ki, Rusiyaya aviasiya sahəsi üzrə mal və xidmətlərin satışına yalnız Beynəlxalq Mülki Aviasiya Təşkilatının uçuşların təhlükəsizliyinin təminatına dair standartları çərçivəsində icazə verilir.

Bu siyahıya təyyarələr üçün ehtiyat hissələrin daxil olub-olmadığı məlum deyil.

Bu da qeyd olunur ki, kənd təsərrüfatı mallarının, habelə neftin üçüncü ölkələrə daşınmasında dövlət müəssisələri arasında qarşılıqlı əlaqələr üzərindəki qadağan qaldırılıb.

İyulun 20-də Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə görə Moskva üzərinə sanksiyaların 7-ci paketini qəbul edib.

Bu sanksiyalara Rusiyadan qızıl və zinət əşyalarının ixrac-idxalının qadağını və Sberbankın Avropadakı aktivlərinin dondurulması daxildir.

Sanksiyalar üçün sanksiyalar

Sanksiyalar paketinə habelə mövcud sanksiyaların sərtləşdirilməsi və onlardan yayınma yollarının bloklanması daxildir.

Bundan başqa Rusiyanın 50 fiziki və hüquqi şəxsi sanksiya siyahısına əlavə edilib.

Sənəddə ayrıca olaraq qeyd olunur ki, sanksiyalar Rusiyanın ərzaq ixracını hədəfləməyəcək.

Avropa İttifaqı habelə üçüncü ölkələrin Rusiyadan tibb avadanlığı və dava-dərman alınmasını qadağan etmir.

Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Avropa İttifaqı Rusiyaya təyyarələrin və onların ehtiyat hissələrinin satışını qadağan edib.

Rusiyanın aviasiya şirkətləri lizinqlə istifadələrində olan xarici təyyarələri sahiblərinə qaytarmaqdan imtina ediblər.

Bunun nəticəsində Rusiyanın yüzlərlə təyyarəsi qanuni xidmətdən məhrum edilib.

Rusiyada ehtiyat hissələrinin çatışmazlığı ilə bağlı aviaşirkətlər bəzi təyyarələrini ehtiyat hissələri üçün çıxdaş edirlər.

XS
SM
MD
LG