Bakıda avtobuslara xüsusi zolaq ayrılır
Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişinə başlanılacaq.
Bu barədə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC məlumat yayıb.
Vətəndaş Mərkəzi Bankı məhkəməyə verib
Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib. Bu barədə report.az məlumat yayıb. Bildirilir ki, Sərvan Kərimov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib, Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.Sərvan Kərimov 13 423 ABŞ dolları maddi və 4 000 ABŞ dolları mənəvi zərərin cavabdehdən tutularaq ona ödənməsini tələb edir.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.Qərardan narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib. Bununla da Azərbaycan manatı 33.4 faiz ucuzlaşıb.
Eldar Mahmudovun işdən çıxarılmağının daha bir versiyası
“Qafqazinfo” "eksklüziv olaraq Eldar Mahmudovun və onun komandasının postundan gözlənilmədən götürülməsinin sensasion səbəblərini öyrənə bilib".
Məlum olub ki, Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh olan Eldar Mahmudov və bir qrup MTN-in yüksək rütbəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr və bu kimi cinayətlər törədiblər. Onların fəaliyyəti uzun müddət araşdırılıb, dəfələrlə Eldar Mahmudova baş verənlərlə bağlı xəbərdarlıq edilib. Nazirə hətta konkret faktlar üzrə törədilən cinayətlərin arxasında onların durduğu ilə bağlı şübhələr çatdırılıb. Məsələ o yerə çatıb ki, prosesə Azərbaycanın prezidenti şəxsən müdaxilə etməli olub. Hətta Eldar Mahmudov ölkə başçısı İlham Əliyevə yalan danışmaqdan belə çəkinməyib.Prezidentin xüsusi tapşırıqlarından sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Eldar Mahmudov başda olmaqla nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, antiterror mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in monitorinq mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən, nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır.
Eldar Mahmudovun getməyinə Arif Məmmədovun izahı
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsi haqqında açıqlama yayıb.
musavat.com yazır ki, sabiq səfir Məmmədov özünün Facebook səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda, ondakı məlumatları bölüşüb.
- Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb.
- Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və təşkilati münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi.
Sabiq səfir iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər;
- Nazir, əlindəki rıçaqları istifadə edərək, hakimiyyətdaxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş. Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də “yeyilməməsi” üçün onları müdafiə edirmiş.