Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11
Səfər Əbiyev Pentaqonda
Səfər Əbiyev Pentaqonda

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin

17:38 19.10.2015

ÜST: Azərbaycanda yol qəzalarının 31 faizi spirtli içkidən olur

Ümumdünya Səhiyyə Təşkilatı 180 ölkədə Yolların Təhlükəsizliyi Hesabatını yayıb. Hesabata görə, dünyada bir ildə yol qəzalarında 1 milyon 250 min adam ölür. Azərbaycan haqda deyilir ki, 2012-ci ildə Azərbaycanda yol qəzalarında 1168 adam ölüb. Təşkilat ehtimal edir ki, Azərbaycanda keçən bir ildə yolda ölənlər 943 nəfər olub. Azərbaycanda 2012-ci ildə 1 135 936 maşın qeyddiyyatda olub. Bunlardan minik maşınlarının sayı 958 min olub.

O da deyilir ki, Azərbaycanda yol qəzalarının 31 faizinin səbəbi spirtli içkilərdir. Yol qəzaları iştirakçılarının 2,5 faizi əlil olur.

16:49 19.10.2015

İxrac azalır

Bu ilin 9 ayı ərzində xarici ticarət əməliyyatları ABŞ dolları hesabı ilə keçən ilin müvafiq dövrünə nisbətən 35.72% azalıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdxal əməliyyatları 0.87% artıb, ixrac əməliyyatları isə 49.97% azalıb.İxracda əsas mallarda azalmalar belə olub:

Xam neft – 54.01%

Neft məhsulları – 44.24%

Təbii qaz – 23.18%

Meyvə-tərəvəz – 3.46%

Çay – 44.3%

Plastmas və onlardan hazırlanan məmulatlar – 28.27%

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 41.44%

16:19 19.10.2015

Borussia Mkhitaryanı gətirmək istəmir

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Dortmundun “Borusiya” klubu erməni futbolçusu Henrikh Mkhitaryanı Bakıya gətirməyəcək.

Klubun icraçı direktoru Hans-Joachim Watzke: “Mkhitaryan Bakıya getməyəcək. Azərbaycanla Ermənistan arasında münaqişə olduğuna görə, futbolçumuzun qayğısına qalmalıyıq. Əgər Mkhitaryan səfərdə özünü narahat hiss edəcəksə, biz bunu nəzərə almalıyıq”

15:35 19.10.2015

Fəzail Ağamalı: Ali vəzifəli şəxslərin telefonlarına qulaq asılması versiyaları da var

Millət vəkili Fəzail Ağamalı Qafqazinfoya açıqlamasında E. Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri barədə bir neçə versiya səsləndirib: “Azərbaycana qarşı bu və ya digər terrroun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər. Ola bilsin ki, Azərbaycanda marağı olan ayrı-ayrı dövlətlərin, dövlətçiliyimizə təhlükə törədə biləcək layihələrlə, məqsədlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməməsi və özünün də bu cür layihələrin, addımların içində yer alması halları da ola bilər. Ancaq bütün bunların hamısı heç şübhəsiz ki, araşdırılır. Hakimiyyətin ali vəzifəli şəxlərinin telefonlarının dinlənilməsi ilə bağlı səsləndirilən versiyalar da var və bu da yolverilməzdir. Bu artıq səlahiyyət hədlərinin aşılması deməkdir, buna görə də nəinki vəzifədən getmək, hətta Azərbaycan qanunları qarşısında cavab vermək lazım gələcək. Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən çıxarılması ilə bağlı rəsmi məlumatlar bütün detalları ilə olmasa da, aydın şəkildə cəmiyyətimizə çatdırılacaq”.

Davamı

XS
SM
MD
LG