Sabahki AzadlıqTV-də:
Prezidentin bazar günü toplantısı və MTN olayları
Seçki günündən başlayaraq sahibkarların yoxlanması 2 illiyə dayandırılır
İlqar Məmmədov döyülüb?
Bu günki AzadlıqLive-da:
Eldar Mahmudov niyə belə qəflətən çıxarıldı?
Prezident sahibkarları 2 il yoxlamalardan azad edir
Dünyada yollarda təhlükəsizlik hesabatı
Eldar Mahmudov niyə belə qəflətən çıxarıldı?
Milli Təhlükəsizlik naziri Eldar Mahmudov niyə belə qəflətən işdən çıxarıldı? Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin fikrincə, bunun Astana sammitindən dərhal sonra olması Rusiya amilinin olduğunu göstərir.
Mediada səslənən versiyalar barədə Mehman Əliyev nə düşünür? Sahibkarların soyulması və ya ən nüfuzlu şəxslərin telefon danışqlarına qulaq asılması versiyaları?
Və yaxud Beynəlxalq Bankdan götürülüb, qaytarılmayan kreditlər?
Mehman Əliyevin bu suallara cavabları
İlham Əliyev yoxlamaları 2 illiyə dayandırır
Azərbaycan prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.